Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Milli Oyanış Hərəkatı, Gənc Türklər Təşkilatı və "Dalğa" Gənclər Hərəkatının bir qrup üzvü İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Aksiya iştirakçıları İranda Azərbaycanlıların mədəni hünquqlarının bərpa olunmasını tələb edib. Etirazçıların bir qrupu İran səfirldiyinin qapısınadək irəliləyə bilib. Polis cəhdin qarşısını alıb və 11 nəfər saxlanıb.
DAK Gənclər təşkilatının üzvü Nahid Haraylı bildirib ki, İrandakı rejimin azərbaycanlıların mədəni hüquqlarını bərpa edənədək etiraz aksiyalar mütəmadi olaraq davam etdiriləcək.
Digər aksiya iştirakçısı, əslən Təbrizədn olan
Amanbəyli Əlirza isə rejimin əzablarına dözməyərək ölkəsini tərk edib. O İrandakı rejimi insan haqlarına hörmət etməyə çağırır.
Akisyanın qətnaməsində də «İran adlı ölkənin hakimyyətindən azərbaycanlılara qarşı apardığı qeyri-insani rəftarı dayandırması və insan haqlarına hörmət etməsi» tələb edilir.