Accessibility links

Azərbaycan iqtisadi cəhətdən azad ölkələr arasında hansı yeri tutur


Azərbaycanın İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov Kanadanın Fraser institutunun 2007-ci il üzrə İqtisadi Azadlıq İndeksinə dair hesabatında Azərbaycanın yeri ilə bağlı mətbuat konfransı keçirib. Onun sözlərinə görə, hesabat dünyanın 141 ölkəsi üzrə aparılır. Cənab Bağırov 2007-ci ildə Azərbaycanın reytinqinin 10 ballıq şkala üzrə 6,2 olduğunu və bunun ötən ilkindən 0,2 bal yüksək olduğunu deyib. Onun sözlərinə görə, reytinq əsasən dövlətin iqtisadiyyatdakı rolu, hüquq sistemi və mülkiyyət hüququ, maliyyə sistemi, xarici ticarət azadlığı və biznesin tənzimlənmə sistemi komponentleri üzrə ölçülür. Mərkəz rəhbərinin dediyinə görə, keçmiş sovet məkanından yalnız Estoniya iqtisadi cəhətdən azad ölkələr sırasına daxil ola bilib.

İqtisadi Araşdırmalar mərkəzinin rəhbəri Qubad İbadoğlu isə Azərbaycanın reytinqinin artmasına inanmır. Onun fikrincə, benyəlxalq məhkəmələrə daxil olan işlərin 70 faizi investisiyalarla bağlıdır və iqtisad məhkəmələrinin ədalətli qərarlarından xəbər vermir. Dövlətin iqtisadiyyatın idarə olunmasında rolu da artmaqdadır.

XS
SM
MD
LG