Accessibility links

Sabiq səhiyyə naziri Azərbaycan hakimiyyətini korrupsiyada günahlandırır 


Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov və digərlərinin işi üzrə məhkəmə prosesinin bu günki iclası da sensasiyalı bəyanattlarla yadda qalıb. «Azərbaycan monarxiya, feodal dövlətidir. Monarxiyanı idarə edənlərə, rejimə və bu sistemə nifrət edirəm. Siz bu rejimin qolu bağlı qullarısınız. Siz mənə hökumətin çirkin əmllərindən danışmağa imkan vermirsiniz». Sabiq səhiyyə naziri Əli İnsanov bu bəyanatı dövlət ittihamçısı onun sözünü kəsmək üçün cəhd edərkən bildirib. Sabiq nazir 2005-ci ildə keçirilmiş parlament seçkilərini saxta adlandırıb. O seçkilər ərəfəsində hökumətdən Xaçmaz rayonunda iki və Qusar rayonunda bir məktəb tikdirmək göstərişi alıb. Xaçmazda məktəbləri tikdirib, Qusarda isə tikdirə bilməyib, çünki onu həbs ediblər. «Bunun müqabilində elan etdilər ki, məktəbləri Heydər Əliyev Fondu inşa etdirib. Bu Azərbaycanda adi praktikadır və bu cür tapşırıqlar hökumətin bütün üzvlərinə verilir. Mənə Xızı rayonuna yol çəkdirmək göstərişi də verilmişdi. Yolun çəkilişi 150 min dollara başa gəldi. Bəs, niyə korrupsiya içində boğulan bu hakimiyyət mənim hansı vəsaitlə yolu çəkdirdiyimi soruşmayıb? Bu mənim müəllifi olduğum dərmanların satışından əldə etdiyim qonorar idi. Mən bu rejimə və ölkəni idarə edən şəxslərə nifrət edirəm" - deyə o vurğulayıb. Cənab İnsanovla dövlət ittihamçısının mübahisəsi bununla da bitməyib. Prokuror onu bir ay ərzində özünü tərifləməkdə ittiham edib. Daha sonra dövlət ittihamçısı deyib ki, o da elmi işlə məşğuldur və müəlliflik hüququna malikdir. Sabiq nazir prokuroru cavabsız qomayıb. «Mən ixtiralarımdan 10 milyon dollarla qonorar əldə etmişəm. Yalnız 2005-ci ildə 85 min dollar vergi ödəmişəm. Prokuorun qonorarları on şirvandan, yəni hazırki 20 manatdan çox ola bilməz»-deyə cənab İnsanov əlavə edib. Cəhdlərimə baxmayaraq sabiq nazirin bəyanatlaırna rəsmi mövqe öyrənə bilmədim. Bununla yanaşı, iqtidarda olan YAP-nın icra katibinin müavini Mübariz Qurbanlı bu bəyanatları «siyasi» adlandırıb. Onun fikrincə, cənab İnsanova qarşı ittihamlar irəli sürülüb və ittihamlar üzrə cavab versə daha yaxşı olar. Bu gün sabiq səhiyyə naziri YAP sədrinin müavini Əli Əhməov barəsində Səbael məhkəsmində iddia da qaldırıb. O, cənab Əhmədovun «Azərbaycan» qəzetnidə dərc olunmuş «Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib» məqaləsində işlətdiyi ifadələrə görə üzr istəməsini, qəzetin təkzib verməsini və YAP sədrinin müavini barəsində böhtan maddəsilə cinayət işi başlanmasını tələb edir. Cənab Qurbanlı isə YAP sədrinin müavini Əli Əhmədovun sabiq naziri təhqir etmədiyini, sadəcə ittihamlara cavab verdiyini deyib.
XS
SM
MD
LG