Accessibility links

Azərbaycan gəncləri Türkiyədə baş verən terror aktını qınayıb


"İrəli" Gənclər Hərəkatının bir qrup fəalı Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında iyulun 27-də İstanbulda törədilmiş terror aktı qurbanlarının xatirəsini anım aksiyası keçirib. Aksiya iştirakçıları səfirliyin binası qarşısına gül dəstələri qoyub. həlak olanların doğmalarına və yaxınlarına başsağlığı ifadə edib, terror aktını pisləyib. Gənclər hərəkatının bəyanatında deyilir ki, Azərbaycan gəncləri Türkiyə ilə birgə terrorçulara qarşı mübarizəyə hazırdır.

Gəncləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc qəbul edib. Qəbuldan sonra səfir Hulusi Kılıc Türkiyədə baş verən terror aktı, terrora qarşı birgə müdarizə ilə bağlı "Amerikanın səsi radiosuna müsahibə verib. O Türkiyədəki terrora qarşı türk dünyasının birgə mübarizəsini qeyd edib.

XS
SM
MD
LG