Accessibility links

Avropa Şurasının müşahidə qrupu Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənir


Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin başçılıq etdiyi beş nəfərlik müşahidəçi qrupu Azərbaycana səfərləri çərçivəsində regionlarda olub, hüquq müdafiəçiləri, ölkə rəsmiləri, seçki institutları, media təmsilçiləri və siyasi partiya rəhbərləri ilə görüşlər keçirib. Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlinin dediyinə görə, görüşdə sərbəst toplaşmaq azadlığı, seçkiöncəsi durum, həbsdə olan jurnalistlər barədə danışılıb. Hüquq müdafiəçiləri ölkədə seçkiyə marağın aşağı olduğunu AŞ təmsilçilərinin nəzərinə çatdırıb.
Siyasi partiyalarla görüşdə də seçkiqabağı vəziyyət müzakirə edilib. “Müsavat” partiyasının başqanı İsa Qəmbər bildirib ki, onlar da seçkiqabağı yaranmış situasiyadan məyyusluqlarını ifadə edib. Cənab Qəmbər AŞPA təmsilçilərinin diqqətinə Azərbaycanın bu təşkilat qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyinin çatdırıldığını da deyib.

XS
SM
MD
LG