Accessibility links

"Azadlıq" qəzetinin baş redaktorunun məhkəməsi davam edir


Yasamal rayon məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə şahid ifadələri dinlənilib. Vəkillərin vəsatətlərini isə məhkəmə təmin etməyib. Qənimət Zahid ölkənin nüfuzlu müxalifət qəzetinə başçılıq edir. O ötən il noyabrın 11-də xuliqanlıq və bədənə az xəsarət yetirmə ittihamları ilə həbs edilib. Buna səbəb isə baş redaktorun iş yerinin qarşısında bir nəfərlə aralarında baş verən insident səbəb olub. Cənab Zahid həbsini siyasi sifariş kimi qiymətləndirir. Baş redaktorun vəkilləri isə məhkəmənin ədalətli araşdırma aparmadığını deyir. Vəkil Elçin Sadıqovun sözlərinə görə, jurnalistlə aralarında insident baş vermiş şəxs Vüqar Həsənov hüquq-mühafizə orqanlarının keçmiş əməliyyatçısıdır.
XS
SM
MD
LG