Accessibility links

Azərbaycanın keçmiş səhiyyə və iqtisadi inkişaf nazirlərinin həbs müddəti uzadılır


Bakının Nəsimi rayon məhkəmsi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev barəsində həbs qəti imkan tədbirinin daha 3 ay uzadılması barədə qərəar qəbul edib, sabiq səşhiyyə naziri Əli İnsanovun həbs müddətinin isə 5 ay uzadılması barədə isə sabah qərar qəbul edləcək. Hər iki nazir ötən ilin oktybarında parlament seçkiləri qabağı həbs edilib, dövlət çevrilişinə və iğtişaşa cəhdə hazırlıqda ittiham olunur. Vəkil Toğrul Babayev Respublika Prokurorluğunun Əli İnsanov barəsində həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı müracirətini əsassız adlandırır. Onun fikrincə ittihamın əsası yoxdur və təcridxana rejimi sabiq səhyiyə nazirinin səhhətində ciddi fəsadlar yaradır. Vəkilin sözlərinə görə, Əli İnsmanov xəstə vəziyyətdə təcridxanada saxlanmasını özünə qarşı işgəncə kimi qiymətləndlirir. Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkili İradə Cavadova da həbs qəti imkan tədbirinin uzadlıması barədə məhkəmə qərarını pisləyir. Onun sözlərinə görə, cənab Əliyev təcridxana şəraitində bir neçə dəfə huşunu itirib və onun səhhəti hazırda normal deyil. Vəkil istintaqın gedişindən də narazıdır.
XS
SM
MD
LG