Accessibility links

Məhkəmə Azərbaycanda çoxsaylı insanı qətllə yetirən dəstənin on üzvünə ömürlük həbs verib  


Azərbaycanın Ağır Cinayətlərə dair Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi altında Hacı Məmmədov və digərlərinin işi üzrə məhkəmə prosesini başa çatıb. Məhkəmə prosesi bu il iyulun 4-də başlayıb və müttəhimlər kürsüsündə 26 nəfər, o cümlədən 8 keçmiş zabit əyləşib. DİN-keçmiş yüksək rütbəli zabiti Hacı Məmmədovun başçılıq etdiyi cinayətkar dəstə 1994-cü ildən başlayaraq 2005-ci ilin martınadək çoxsaylı insan qəttləri və oğurluğunda günahlandırılıb. Dəstənin tərkibində Çeçenistandan olan 4 nəfər Rusiya vətəndaşı da var. Məhkəmənin hökmü ilə Hacı Məmmədov və 9 nəfər əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzasına məhkum edilib, digər 16 nəfər isə 2 ildən 15 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Ümumilikdə cinayət işində qətllər, adam oğurluqları, soyğunçuluq, qarətlər, saxta sənədlərin hazırlanması, vergidən yayınma halları ilə bağlı altmışıdan çox epizod var. «Turan» Agentilyi dəstənin cinayətləri ilə bağıl maraqlı arayış hazırlayıb. Arayışa görə, cinayəkar dəstə 2005-ci il martın 10-da Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədrinin həyat yoldaşının girovluqdan azad olunması üçün MTN-nin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində zərərsizləşdirilib. Dəstənin cinayətlərinə kriminlist Rövşən Əliyevin, DİN sabiq polkovniki Fətulla Hüseynovun, Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı Azər İsmayılovun, 3 çeçenin qətli və pul almaq məqsədilə çoxsaylı adam oğurluqları daxildir. Ümumilikdə Hacı Məmmədovun dəstəsi bu oğurluqlardan 7 milyon dollardan çox pul qazanıb. Belə ki, Yasamal rayon prokurorunun köməkçisi Murad Kazımovun azad edilməsinə görə 950 min dollar, Xətai rayon prokurorunun köməkçisi Oqtay Babayevin azad edilməsinə görə 850 min dollar, süd zavodunun direktoru Zeynalabdin Babayevin azad edilməsinə görə 450 min dollar, iş adamlarının övladları - Elşad Həsənovun azad edilməsinə görə 120 min dollar, İlham Qədimzadənin azad edilməsinə görə 180 min dollar, Ülvan Bağırovun azad edilməsinə görə 850 min dollar, Cavid Manafovun azad edilməsinə görə 650 min dollar pul alıb. İş adamı Hafiz Məmmədovun atasının azadlığa buraxılamından cinayətkar dəstə 2 milyon avro və 200 min dollar, Dövlət Sığorta Şirkəti sədrinin oğlu Əhməd Məmmədovun azadlığa buraxılamında isə 850 min dollar pul qazanıb. Bütün bunlardan sonra Beynəlxalq Bankın həyat yoldaşı Zamirə Hacıyevanın azadlığa buraxılması üçün 20 milyon dollar tələb edilib, lakin bu baş tutmayıb və dəstə üzvləri həbs edilib. Vəkillər məhkəmənin qərarından narazıdır. Onlar apellyasiya şikayəti vermək fikrindədir. Ömürlük həbs cəzasına məhkum edilmiş Daxili İşlər nazirliyinin Baş Cinayət Axtarış idarəsinin keçmiş rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov da məhkəmənin ədalətli hökm çıxarmadığını bildirib. O «Amerikanın səsi» radiosuna məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini deyib. Vəkil məhkəmənin bütün epizodları axıradək araşdırmadığını deyib. Cənab İsmayılov hesab edir ki, məhkəmə qətllərin və adam oğurluqlarının sifarişçiləri ilə bağlı ifadələri də araşdırmayıb.
XS
SM
MD
LG