Bakıda bədii gimnastika üzrə XXVII dünya çempionatı start götürüb. Yarışlarda dünyanın 47 ölkəsindən 200-ə yaxın gimnast iştirak edir. Oktyabrın 9-dək davam edəcək yarışlarda ayrı-ayrı növlər üzrə 4, müxtəlif növlər üzrə 1, qrup çıxışları üzrə 1, komanda yaraşları üzrə 1 mükafat oynanılacaq.
Bugünkü mətbuat konfransında Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandi çempionatın yüksək səviyyədə təşkil olduğunu bildirib. O qeyd edib ki, indiki birincilikdə əsas diqqət hakimliyə nəzarətə ayrılacaq.«Bu, əvvəlki çempionatda hakimlərin qeyri-obyektivliyilə bağlı halların baş verməsilə əlaqədardır».
Azərbaycan prezidenti İlham Əliyev çempionatın rəsmi açılışında iştirak edib.