Accessibility links

Gənclər Azərbaycanda jurnalistlərin həbsinə etiraz edir


AXCP Gənclər Təşkilatının bir qrup fəalı jurnalistlərin həbsinə etiraz olaraq aksiya keçirib. Gənclər Bakının mərkəzi küçələrində baş redaktoru həbsdə aclıq etmiş «Azadlıq» qəzeti paylayıblar. AXCP Gənclər Təşkilatının sədri Seymur Həziyev aksiyanını jurnalistlər həbsdən azad edilənədən davam etdiriləjəyini bildirdib. Polis aksiyanın qarşısını alıb və 13 nəfər saxlanıb. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə dekabrın 8-dən başladığı aclıq aksiyasını davam etdirir. Vəkil Elçin Sadıqov «Amerikanın səsi» radiosuna bildirib ki, jurnalistin səhhətində ciddi problemlər yaranıb. Baş redaktorun aclıq aksiyasına qoşulanların sayı isə günbəgün artır. Acılq edən jurnalistlərin sayı 15 nəfəri ötüb. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu aksiyanın artıq benyəlxalq ictimai marağa səbəb olduğunu deyir. Bu gün «Azadlıq» blokunun liderləri isə cənab Zahidə acılığı dayandırmaq xahişi ilə müraciət edib. Milli Birlik Hərəkatının rəhbəri Lalə Şövkət baş redaktora radiomuz vasitəsilə blokun adından bu müracəiti edib.

XS
SM
MD
LG