Accessibility links

Azərbaycanda müxalifəti dəstəkləyən «Yeni Fikir» Gənclər Birliyinin sədri həbs edilib


Azərbaycanın Baş Prokurorluğu «Üeni Fikir» Gənclər Birliyinin sədri Ruslan Bəşirlini şübhəli şəxs qismində saxlayıb. O Cinayət Məcəlləsinin hakimiyyətin zorla ələ keçirilməsinə, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər maddəsi ilə şübhəli bilinir. Baş Prokurorluğun məlumatına görə, R.Bəşirli "Yeni Fikir"in digər üzvü Osman Əlimuradovun ərizəsi əsasında saxlanılıb. «İyulun 28-29-da Bəşirli və Əlimuradov AXCP sədri Əli Kərimlinin tapşırığı ilə Tbilisə səfər etmiş və burada özlərini Gürcüstan demokratik qüvvələrinin nümayəndələri kimi təqdim edən Merabi Cibutiya, habelə əslində Ermənistan xüsusi xidmət orqanlarının işçiləri olan Georgi İspryan və Vardan adlı şəxslərlə görüşüb. İyulun 29-da Tbilisidə ofis kimi təqdim olunan mənzildə keçirilən görüş zamanı Bəşirli İspryana Azərbaycanda guya demokratiya uğrunda gördükləri işlər barədə məlumat verib. Təmsil etdiyi qüvvələrin birbaşa ABŞ-ın Milli Demokrtiya İnstitutunun göstərişilə hərəkət etdiyini, həmçinin Azərbaycanda inqilab etmək üçün bu institutun nümayəndələrindən konkret tapşırıqlar aldıqlarını qeyd edib. İspryan Bəşirli ilə ilkin razılıq əldə etdikdən sonra ona 2 min ABŞ dolları verib və bu barədə yazılı qəbz alıb. "Cinayət əlaqəsinə girən tərəflər hər ay Ruslan Bəşirliyə 2 min, bir neçə gündən sonra isə birdəfəlik ödəniş kimi 20 min dollar veriləcəyi barədə razılığa gəliblər"-deyə məlumatda bildirilir. Maraqlı olsa da dünəndən başlayaraq Azərbaycan televiziyalarında Ruslan Bəşirlinini Tiflisdə apardığı danışığın videoçəkilişləri davamlı olaraq dəfələrlə nümayiş etdirilir. Belə demək mümkündürsə əməlli başlı kampaniya başlayıb. «Yeni Fikir" Gənclər Birliyi isə bu gün təşkil etdiyi mətbuat konfransında Baş prokurorluğun irəli sürdüyüu ittihamları rədd edib. Təşkilatın sədr müavini Fikrət Məmmədoğlu baş verənləri şou adlandırıb və bunun ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini bildirib. "Yeni Fikir" Gənclər Birliyinin beynəlxalq məsələlər üzrə koordinatoru Səid Nuriyev ABŞ-ın Milli Demokratiya İnstitutunun onlara inqilabla bağlı təlimat vermədiyini bildirib. Beləiklə o Ruslan Bəşirlinin dediklərini təkzib edib. Cənab Bəşirlinin vəkili Elçin Qəmbərov istintaq prosesinə buraxılmadığını bildirib. Vəkilin sözlərinə görə, Ruslan Bəşirlinin hazırda harada və hansı şəraitdə saxlanması barədə hər hansı məlumat yoxdur. «Yeni Fikir» Gənclər Birliyi AXCP-ni dəstəkləyir və onun mitinqlərində fəal iştirak edir. AXCP sədri Əli Kərimli bu gün keçirdiyi mətbuat konfransında Ruslan Bəşirlinin həbsini Azərbaycan xüsusi xidmətorqanlarının təxribatı adlandlırıb.Onun fikrincə buna səbəb seçki ərəfsində müxalifəti dəstəkləyən gənclər hərəkatının nüfuzunun və fəallığının artmasıdır. Cənab Kərimli inidyədək təşkilatın çoxlu sayda üzvünün təqib və təziyqlərə məruz qaldığını deyib. O Ruslan Bəşirliyə qarşı aksiyanın AXCP-ni ləkələmək məqsədi güddüyünü deyib. Yeri gəlmişkən bildirək ki, ABŞ-ın Milli Demokratiya İnstitutu da ona qarşı ittihamları təkzib edən bəyanat yayıb. «MDİ Azərbaycan da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində demokratik siyasi təşkilatlara təlim keçir və azad, ədalətli seçkilərin keçirilməsinə kömək edir. MDİ azad və ədalətli seçkilərin keçirilməsini dəstəkləyən bütün siyasi partiyalarla işləməkdə israrlıdır. Bu fikirlərə zidd olan bütün digər ittihamlar həqiqəti əks etdirmir"-deyə sənəddə vurğulanır. Bu gün Yeni Azərbaycan partiyasının qəraprgahında keçirilən toplantıda isə əsas hədəf Xalq Cəbhəsi parptiyası və onun lideri Əli Kərimli olub. Bir sıra iqtidaryönümlü deputatlar AXCP-nin xaricdən maliyyələşdirildiyini xüsusi olaraq qeyd edib. Milli Məclis sədirinin müavini Ziyafət Əsgərov "cinayətin baş təşkilatçısı"nın Əli Kərimli olduğunu bildrib."Azərbaycanın konstitusiya quruluşunun devrilməsi artıq AXCP-nin ideologiyasına çevrilib. Ona görə də bu partiya qapadılmalıdır" -deyə o qeyd edib. Bütün buknlarla yanaşı: bu gün AXJP-nin Naxçıvan təşkilatınıne qərargahına basqın olub və Bakıda isə bu təşkilatın yerləşdiyi binaya yumurta və pomidorlar atılıb.
XS
SM
MD
LG