Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayına 44 dövlətdən 600-dən çox nümayəndə dəvət olunub. Bu barədə bugünkü mətbuat konfransında diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. Forumda sədrlik norması ölkədə yaşayan azərbaycanlıların proporsional sayı üzrə müəyyən edilib. Belə ki, rusiyalı azərbaycanlıları 170 nümayəndə, Ukraynanı 60, Gürcüstan - 40, Türkiyə - 36, AFR - 33, Qazaxıstan - 25, İsveç - 20, Özbəkistan - 17, Fransa - 15, ABŞ-ı 11 nümayəndə təmsil edəcək. Azərbaycanın özündən də nümayəndələr olacaq.
Foruma 220-dən çox qonaq - Azərbaycan diasporunun yardılmasında və inkişafında böyük xidmətləri olan siyasətçilər, dövlət xadimləri, deputatlar, alimlər, ictimai xadimlər dəvət olunub.
N.İbrahimov bildirib ki, qurultayda prezident İlham Əliyevin "proqram" çıxışı planlaşdırılıb. Forumda Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığı, 2006-ci ildə onların birgə forumunun keçirilməsi məsələləri də müzakirə olunacaq.
Son məlumatlara görə, dünyada yaşayan azərbaycanlıların sayı 50 mln. nəfərdən çoxdur. Dünya Azərbaycanlılarının ilk qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib.