Accessibility links

Azərbaycan faşizm üzərində qələbənin 61-ci ildönümünü qeyd edir


Azərbaycanda faşizm üzərində qələbənin 61 ildönümü qeyd olunur. Faşizm üzərində qələbə günü dövlət bayramları sırasın daxildir, iş günü deyil. Prezident İlham Əliyev, Milli Məclisin sədri, Baş nazir, hökumət üzvləri, deputatlar, ictimaiyyətin nümayəndələri iki dəfə sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, ikinci dünya müharibəsində həlak olanların xatirəsi yad edilib. İkinci dünya müharibəsi Azərbaycana da ciddi yaralar vurub və bu ölkə faşizm üzərində qələbə çalınmasında mühüm rol oynayıb. Belə ki, müharibə dövründə Sovet İttifaqında istifadə olunan neft və neft məhsullarının 75 faizini Azərbaycan verib. Azərbaycan neftçiləri 1941-45-ci illərdə yalnız cəbhəyə 75 milyon ton neft verib. Ölkənin ağır və yüngül sənayesi müharibə sifarişlərini yerinə yetirib. 1942- ildə Azərbaycanda 130 növ silah və sursat istehsal olunub. Azərbaycan xalqı müharibə illərində cəbhəyə könüllü olaraq 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərib. Tonlarla qiymətli metallar toplayaraq müharibə fonlduna təhvil verib. Müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Onların 300 mini həlak olub. Partizan dəstələrində Almaniya, Fransa, İtaliya, Polşa, Avstriya və digər ölkələrdə minlərlə azərbaycanlı faşizmə qarşı mübarizə aparıb. Döyüşlərdəki şücaətlərinə görə, 120 azərbaycanlı sovet itttifaqıqəhrəmanı adına layiq görülüb, 170 min nəfər isə orden və medallarla mükafatlandırılıb. Qələbədən 61 il ötməsinə baxmayaraq hazırda ölkədə 9 min ikinci dünya müharibəsi vetaranı yaşayır. Dövlət onların sosial ehtiyaclarını ödəyir və ünvanlı yardımlar göstərir. Respublika Veteranlar Şurasının sədri Baloğlan Rüstəmov ölkədə 6 min müharibə əlilinin olduğunu da bildirib. Azərbaycanda yaşayan ikiknci dünya müharibəsi veteranları dünyanın digər ölkələrindəki müharibə veteranlarını terrorizmə qarşı mübarizədə həmrəyliyə səsləyir. Onlar terrorizmi yeni vəhşi müharibə adlandırır. Ağır döyüş yolu keçmiş, ehtiyaatda olan general-polkovnik Tofiq Ağahüseynov hesab edir ki, terroru müharibədən də böyük dəhşətdir. Onun fikrincə, gözəgörünməz insan qatillərinə qarşı mübarizəyə hamı hazır olmalıdır. Ehtiyatda olan general-mayor Musatafa Nəsirov da terroru qətiyyətlə pisləyir. Onun fikrincə, müharibələr ədalətli və ədalətsiz olur, amma terror hadisələrinin hamısı ədalətsizlikdir. Müharibə veteranları Azərbaycanın da təcavüzə məruz qaldığını və ərazilərinin 20 faizini itirdiyin bildirir. Onlar hesab edir ki, Azərbaycana qarşı həyata keçirilən ədalətsiz müharibənin günahkarlarının cəzalandırılması vacibdir və bu işdə dünya birliyi dəstək göstərməlidir.
XS
SM
MD
LG