Accessibility links

İranda  son dövrlər hakimiyyətdaxili mübarizə daha açıq görünür


Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu hesab edir ki, İranda seçkilərdən sonra baş verən qarşıdurma mühiti sistemdaxili mübarizədir. “Bu İran üçün müsbət bir prosesdir və sistemdaxili inkişafa təkan verəcək”.
Ekspertin fikrincə, son mübarizələr sağlar və sollar arasında gedirdisə, hazırda mübarizə daha çox sağlar arasında gedir. “İndi icra hakimiyyəti ilə parlament arasındakı ziddiyyətlər özünü daha açıq büruzə verir. Bu mübarizə İranda daxili demokratiyanı daha da dərinləşdirəcək. Ancaq İranda sistemdaxili mübarizəni Ukrayna və Gürcüstandakı rəngli inqilablarla müqayisə etmək olmaz”.

XS
SM
MD
LG