Accessibility links

ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Ermənistan və Azərbaycanda səfərdə olacaq


ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fransalı həmsədri Bernar Fasye martın 8-9-da Bakıda səfərdə olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib. Xəbərə görə, B.Fasye Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin martın 13-də Cenevrədə keçirilməsi planlaşdırılan növbəti danışıqlarına dair müzakirələr aparılacaq. Fransalı həmsədr martın 6-7-də isə Ermənistanda səfərdə olacaq.
XS
SM
MD
LG