Sabiq səhiyyə naziri Əli İnsanovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Rizvan Talıbova qarşı cinayət işi açılıb. O dünən Sumqayıt şəhərində polisə müqavimət ittihamı ilə həbs edilib.
Sabiq səhiyyə naziri dünən məhkəmədə müdafiə komitəsinin sədrinə qarşı irəli sürülən ittihamı siyasi adlandırıb Onun sözlərinə görə, cənab Talıbovun qolunun biri əlildir və o polisə müqavimət göstərmək iqtidarında deyil. «Rizvan Talıbov aprelin 22-də «Azadlıq» meydanında mitinq keçirmək istəyirdi. Həbsə məhz bu səbəb olub»-deyə cənab İnsanov qeyd edib.