Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri həyatına sui-qəsd cəhdi olduğunu bildirib


“Mənə qarşı sui-qəsd cəhdi var. Prezidentə əvvəllər də məktubumda yazmışam. Məni qorxutmaq mümkün deyil. Bu əcaib oyunlardan əl çəkin. Əli İnsanovu öldürə bilərsiniz. İqtidarın əleyhinə danışanların heç biri öz əcəli ilə ölməyib. Məni qorxuda bilməyəcəksiniz. Çünki 8 milyon var və onları hamısını öldürmək mümkün deyil». Bu bəyanatı bu günkü məhkəmə iclasında keçmiş səhiyyə naziri Əli İnsanov verib. Onun sözlərinə görə, bayram günlərində həbsxanada ölümü ilə bağlı yayılan şayiələr də sui-qəsd cəhdinin qüvvədə olmasına bir işarədir. "Mənim qohumlarımı, yaxınlarımı da nigarançılıqda saxlamaq istəyirsiniz". Sabiq nazir eyni zamanda məhkəməyə sədrlik edənə bayram günlərində müdafiəçiləri ilə görüş imkanı yaradılmadığını deyib. "Martın 19-da bütün məhkəmə iclası bayram günlərində mənim müdafiəçilərimlə görüşümə icazə verilməsi məsələsinə həsr edildi. Ancaq Siz qərar qəbul etmədiniz. Mən bayram günlərində bir neçə gün müdafiəçilərimlə görüşə bilmədim. Yalnız ATƏT-in Bakı ofisi və İşgəncələr Əleyhinə Komiitəsinin sədri Elçin Behbudov işə qarışdıqdan sonra müdafiəçilərimlə görüşə icazə verilib. Mən onlara təşəkkür edirəm". Hakim Faiq Qasımov isə görüşlə bağlı qərarı martın 19-da məhkəmə iclasından sonra qəbul etdiyini bildirib. Bu isə Ə.İnsanovun növbəti bəyanatına səbəb olub. "Siz müstəqil deyilsiniz. Göstəriş alandan sonra qərar qəbul edibsiniz. Əgər belə olmasa idi, məhkəmə zalında qərar qəbul edərdiniz". Sabiq nazir həmçinin Mosekvada nəşr olunmuş "Vərəm" dərslik kitabını gömrük komitəsinin Azərbaycana buraxmadığını deyipb. "Bu hakimiyyətin çirkin əməlidir. "Vərəm" kitabı siyasi ədəbiyyat deyil. Kitab Avropa və MDB-də yayılıb". Sonra məhkəmə Səhiyyə nazirliyinin özəlləşdirilmiş obyektləri ilə bağlı istintaqda zərərçəkmiş kimi tanınmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsi Qəhrəman Əliyevə sual-cavabla davam edib. Sabiq nazirin dediyinə görə, özəlləşdirilən obyektlərin sayı azaldılıb. "Onların sayı 30 deyil 60-dır. 30 obyektin özəlləşdirilməsi məsələsi istintaq tərəfindən gizlədilib. Məsələn, Heydər Əliyev Fondu Səməd Vurğun küçəsində Səhiyyə nazirliyinin balansında olan 5 hektar ərazini heç kimdən icazə almadan, heç kimin xəbəri olimadan zəbt edib, dağıdıb, ağacları kəsib yerində «XXI əsr» tədris mərkəzi tikib. İstintaq bunu niyə araşdırmır". O eyni zamanda Səhiyyə nazirliyinin istifadəçisi olduğu obyektlərin özəlləşdirilməsinin ona aidiyyatı olmadığını bildirib. "1997-ci ildən prezident fərmanı ilə dövlət mülkiyyəti Dövlət Əmlak Komitəsinə verilib. Əmlakın sahibi, özəlləşdirməyə cavabdeh, qiymətləndirmə, icarəyə vermə məsələlərini bu komitə həyata keçirir. Məhkəmə və istintaq zamanı isə sübut olunub ki, mən bu komitəyə nə fiziki, nə mənəvi, nə də psixoloji təsir etməmişəm. Onda necə olur ki, mən həbsdəyəm, Dövlət Əmlak Komitəsinin sədri azadlıqdadır. Mən onun da həbsini istəmirəm. Amma Əmlak Komitəsinin tərəzisi olmalıdır. Tərəzinin bir gözündə qiymət, o biri gözündə isə Azərbaycanda günəş çıxarsa həqiqət durmalıdır". Hüquq müdafiəçiləri də Azərbaycanda məhkəmələrin müstəqil araşdırma aparmasına inanmır. Onlar həm də istintaq təcridxanasında insan ölümü ilə bağlı faktların qeydə alındığını deyib. «İşgəncələr Əleyhinə» Komitənin sədri Elçin Behbudov bildirib ki, bayram günlərində Əli İnsanovun ölüm xəbəri ilə bağlı şayiəni araşdırıb və bir ay öncə də belə bir şayiə ilə üzləşibmiş. Hüquq müdaifəçisi eyni zamanda Azərbaycan istintaq təcridxanalarında insan ölüm faktlarının olduğunu da təsdiq edib. Onun sözlərinə görə, bu əsasən məhbusların intiharı kimi xarakterizə olunur. «Sülh və Demokratiya» institutunun direktoru Leyla Yunus son 11 ildə məhkəmələrin monitorinqinin nəticələrinə görə, məhkəmələrin müstəqil olmaması qənaətindədir. O, məhkəmənin Əli İnsanov və digərləri ilə bağlı da müstəqil araşıdma aparacağına inanmır. Xanım Yunusun sözlərinə görə, nazirlərin işi üzrə istintaq üçün əhəmiyyət kəsb edən İqtisadi İnkişaf nazirliyinin idarə rəisi Əlhüseyn Şalıyevin Ədliyyə nazirliyinin müalicə müəssisəsində ölüm faktı da məlumdur. Onun sözlərinə görə, işgəncə ilə öldürülmüş insanların ölümünü araşdıracaq müstəqil məhkəmə tibb ekspertizaları da mövcud deyil.
XS
SM
MD
LG