Accessibility links

Azərbaycanın sabiq səhiyyə naziri prezidenti ittiham edib


Azərbaycanın Ağır Cinayətlərə dair İşlər üzrə məhkəmədə keçmiş səhiyyə naziri Əli İnsanov və digər on nəfər barəsində məhkəmə prosesi davam edib. Bu günki məhkəmə iclası Əli İnsanovun sensasiyalı bəyanatları ilə yadda qalıb. Sabiq nazir məhkəməyə son sözündə birbaşa prezident və onun qohumlarını ittiham edib. O prezident İlham Əliyevin sifairişi ilə həbs olunduğunu və siyasi məhbus olduğuenu bəyan edib. «Mən məhkəmədən ədalət də diləmirəm». Cənab İnsanov prezident İlham Əliyevi 2003-cü ildə hakimiyyəti zorla zəbt etməkdə ittiham edib. "O zaman prezident Heydər Əliyev ağır koma vəziyyətində idi və İlham Əliyevin baş nazir təyin edilməsi haqqında fərman imzalaya bilməzdi. O sənəd saxtadır. Hakimiyyəti zorla zəbt etdiyinə görə İlham Əliyev mühakimə edilməlidir". Sabiq nazir ölkədə Stalin dövründən də ağır bir zaman olduğunu bildirib. «Azərbaycanda iqtidarı tənqid edən YAP-çı partiyadan xaric edilir və ya həbsə atılır. Parlamentdə hökuməti tənqid edən deputat həbs olunur. Problemlərdən yazan jurnalist şil-küt edilir. Bəs kim problemləri qaldırmalıdır?»-deyə o sual edib. Cənab İnsanov dövlət başçısını alimlərə və elmə qiymət verə bilməməkdə günahlandırıb. Onun sözlərinə görə, hazırki prezident təhsil illərində eyş-işrətlə məşğul olub. "İlham Əliyev Moskva Dövlət Benyəlxalq Əlaqələr institutunda oxuya bilmədi və onu oradan Kiyevə göndərdilər. Atası Siyasi Büronun üzvü idi. Bir il Kiyevdə qaldıqdan sonra yenə Moskvaya qayıtdı.O eyş-işrətlə məşğul olanda, mən onun xəstə atasını qucağımda gəzdirirdim. Bu cür insan elmin nə olduğunu, alimin necə yetişdiyini nə anlayır", - deyə İnsanov müttəhimlər kürsüsündə oturan həmkarlarına işarə edərək bildirib. O həmiçnin ittiham olunan səhiyyə işçilərini ölkənin görkəmli alimləri olduğunu önə çəkib. «Onları mənim YAP-da bir tənqidi çıxışıma görə həbs ediblər. Bunlar görkəmli alimləridir, xalqa lazımdır. Onlara qarşı irəli sürülən ittihamlarını mənə verin». Sabiq nazir korrupsiya ittihamlarını da rədd edib. "Mənə qarşı irəli sürülən korrupsiya ittihamları tamamilə əsassızdır. Səhiyyə nazirliyi sistemində hər şey hökumətin və Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatların tövsiyyəsilə özəlləşdirilib. Əgər mən nəyisə qanunsuz özəlləşdirmişəmsə, onda keçmiş Semaşko xəstəxanasının bir hissəsini özəlləşdirib, sonra bir neçə milyona satan prezidentin xalası oğlu Cəmil Əliyevi niyə məsuliyyətə cəlb etmirsiniz? Nəyə görə Molla Cümə küçəsində 2 hektar torpağı zəbt edən İlham Əliyevin digər qohumunu və Səhiyyə nazirliyinə məxsus 5 hektar ərazini ələ keçirən Heydər Əliyev Fondunu məsuliyyətə cəlb etmirsiniz?" - deyə İnsanov prokurora müraciət edib. Əli İnsanov həbs edilərkən ona qarşı irəli sürülən dövlət çevrilişinə cəhd ittihamına da münasibət bildirib. «Nəyə görə məni dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edib, sonra bu ittihamları geri götürmüsünüz? Ona görə ki, heç bir çevriliş olmayıb». Sabiq nazir həmçinin məhkəmə heyətinin səlahiyyətlərinin ötən ildən başa çatdığını bildirib. "Məni mühakimə edə bilməzsiniz, sizin səlahiyyətləriniz mənim həbsimdən bir ay əvvəl başa çatıb. Siz İlham Əliyevin sifarişini yerinə yetirirsiniz, çünki azad deyilsiniz və rüşvətxorsunuz. Prokurorluq məhkəmələrin işini iflic edib. 70-30 faiz prinsipi ilə işləyir. Əgər müttəhim 100 min dollar rüşvət verərsə onun 20 mini hakimə çatır.100 min verən müttəhimi 2 il, 50 min verəni 3 il, 20 min verəni 6 il, heç nə verməyən məni isə 12 il müddətinə həbsə salırsınız. Siz bu günün qəhrəmanlarısınz. Lakin zaman gələcək bu gün sifarişli hökmlər çıxaranlar öz əməllərinə görə cavab verəcəklər. Həmin gün haqqında fikirləşin" - deyə İnsanov hakimlərə və prokurorlara müraciət edib. Sabiq nazir əmlakına həbs qoyulmasına da etiraz edib. «Mən bağ evimi öz əmək haqqımla tikdirmişəm, Əlbəttə nazir maaşı ilə yox. Dərmanımın Hindistanda və başqa ölkələrdə istehsalından aldığım pullarla tikdirmişəm. Maşınımı isə «Mersedes» firmasına qonororlarım toplandığı bank hesabımdan üç ay qabaq pul köçürməklə çifariş eitmişəm.Gəlirlərimə görə vergi də ödəmişəm və ölkənin ən çox vergi ödəyici almiyəm. Müğənni Alla Puqaçova konsertində bəyan etdi ki, Mayamidə İlham Əliyevlə qonşu yaşayır. Mən soruşuram İlham Əliyev həmin malikanəni nə ilə alıb, prezidentin əmək haqqı ilə?»-deyə o məhkəmə heyətindən soruşub. Sabiq nazi müstəqil mətbuata və jurnalistlərə, onu müdafiə edən çoxsaylı akademiklərə, hüquq müdafiəçilərinə, ziyalılra təşəkkür edib. "Yalnız indi mən müstəqil KİV-lərin rolunu anlayıram. Onlar nə yazırsa - həqiqətdir. Onlara təşəkkür edirəm.» Cənab İnsanov müxalifəti birliyə çağırıb. «Sizi Türkiyənqin Ak partiyasının təcrübəsindən faydalanmağa, xalqla birgə olmağa çağırıram. Yalnız nifrətlə qorxuya qalib gəlmək olar.İndii insanların nifrəti qorxusundan çoxdur» - deyə İnsanov vurğulayıb. Yeri gəlmişkən bildirim ki, cənab İnsanovun sabiq prezident Heydər Əliyevin ağır koma vəziyyətində hazırki prezidenti o vaxt baş nazir təyin etmək iqtidarında olmamsı ilə bağlı bəyanatı artıq reaksiyalara səbəb olub. 2003-cü il prezident seçkilərində İlham Əliyevin alternativi olmuş İsa Qəmbərin başçılıq etdiyi Müsavat partiyasının bəyanatında sabiq prezidentin fərmanının araşdırılması tələb edilir. "Bu o deməkdir ki, İ.Əliyev hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirib, bu isə prezident hakimiyyətinin qeyri-legitim olması haqda deyilən fikirləri bir daha təsdiq edir. Respublika Prokurorluğundan fakt üzrə cinayət işi qaldırmasını, parlamentdən məsələnin hüquqi-siyasi tərəfini araşdırmaq üçün xüsusi parlament komissiyasının yaradılmasını tələb edirik» - deyə sənəddə qeyd edilir.
XS
SM
MD
LG