Accessibility links

Azərbaycanın İşgəncələrə Qarşı Mübarizə komitəsinin sədri həbsdə olan sabiq səhiyyə naziri və jurnalistlərə baş çəkib


İşgəncələrə Qarşı Mübarizə komitəsinin sədri Elçin Behbudov 1 saylı Bayıl təcridxanqasında saxlanan üç jurnalist və sabiq səhiyyə naziri Əli İnsanova baş çəkib. Onun sözlərinə görə, sabiq nazirə müxalifət qəzetləri verilmir və o buna etiraz olaraq iqtidar qəzetlərini oxumaqdan imtina edib. «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevə isə ümumiyyətlə qəzet verilmir. Onun kamerasında axşam saat 10.00-da radio da söndürülür. Həm Eynulla Fətullayev, həm də Əli İnsanov 8 adamlıq kamerada saxzlanır. Ə.İnsanov eyni zamanda fəqərə yırtığı xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, ona müalicə təyin edilmir.
XS
SM
MD
LG