«Prezident Putinin bu təklifini ABŞ-da bu cür görürlər ki, ilk dəfədir Rusiya rəsmən etiraf edir ki, İrandan həqiqətən təhlükə gəlməkdədir. Və biz bu təhlükənin qarşısını almaq üçün birgə əməkdaşlıq etməliyik. Qəbələ RLS-dən birgə istifadə təklifini irəli sürməsi həm də onun göstəricisi olub ki, Rusiya həqiqətən də bu məsələdə bizimlə əməkdaşlıq etməyə maraq göstərir».
Bu barədə ABŞ dövlət katibinin yardımçısının Avropa və Avrasiya məsələləri üzrə müavini Devid Kremmer isə «ANS» televiziyasına müsahibəsində bildirib. O Rusiyanın Qəbələ RLS-dən birgə istifadə ilə bağlı təklifinin ABŞ-da müsbət qarşılandığını deyib. «Bu bizim illərdən bəri can atdığımız, görmək istədiyimiz bir hadisədir. Prezident Buşun da buna cavab olaraq söylədiyi kimi, biz Rusiya prezidentinin irəli sürdüyü bu təklifi salamlayırıq. Biz özümüz də bu məsələdə, əməkdaşlıqda maraqlıyıq. Bu əməkdaşlığın şəffaf olmasını görmək istəyirik. İstər Qəbələdə, istərsə də digər sahələrdə bizim əməkdaşlığa can atdığımızın bariz nümunəsidir».
O Qəbələ RLS-i ABŞ üçün təhlükə kimi qiymətləndirmir. «Bunu bizim əməkdaşlıq edə biləcəyimiz bir mənbə kimi qiymətləndiririk. Amerika ilə Rusiya arasında, Amerika ilə Azərbaycan arasında, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq üçün mənbə kimi qiymətləndiririk. Bu, hər bir tərəfin qalib gələ bildiyi bir potensial mənbədir. Bu, bizim Çex Respublikasında gözlədiyimizdən fərqli nəticələr verə bilərdi. Qəbələnin istifadəsi erkən xəbərdarlıq aşkar etmək və eləcə də, kəşfiyyat baxımından maraqlı məlumat vermiş olardı. Çex Respublikasında isə bu invesektorlardan istifadə etmək imkanı verərdi. Bu, bir-birini tamamlayan və bir-birindən əlaqəli olan mexanizm ola bilərdi»-deyə dövlət katibinin yardımçısının Avropa və Avrasiya məsələləri üzrə müavini qeyd edib.