Dünən Azadlıq blokunun təşəbbüsü ilə keçirilən mitinqdə bu qadınla yanaşı yüzlərlə insan zorakılığın qurbanına çevrilib. Hazırda Bakı küçələrində sakitlikdir. Bununla yanaşı, müxalifət partiyalarının qərargahlarında qızğın müzakirələr gedir. Kimi dünənki mitinqin nəticələrini, kimi gələcək planları, kimi qərb dövlətlərinin loyal münasibətini, kimisi isə dünən xəsarət alanların vəziyyəti ətrafında fikiir mübadiləsi aparır. Demokrat partiyasının sədr müavini Sərdar Cəlaloğlu 37 nəfər partiya fəalının ağır xəsarət aldığını bildirib. Onun sözlərinə görə, dünənki zorakılıq müxalifətin demokratiya uğrunda mübarizəsinə mane ola bilməz. Cənab Cəlaloğlu zorakılıqla bağlı məhkəmələrə müraciət olunacağını da bildirib. AXCP sədri Əli Kərimli də zorakılığa məruz qalanların arasında olub. Onun sözlərinə görə, yüzlərlə AXCP fəalı xəsarət alıb. Müsavat partiyasının başqanı İsa Qəmbər baş verənləri Əliyev rejiminin xalqa qarşı növbəti cinayəti adlandırıb. Onun fikrincə, dinc nümayişçilərə qarşı zorakılıq və qəddarlıq edilməsi anlaşılan deyil. Cənab Qəmbər belə zorakılıqların «Azadlıq» blokunun mübarizə üsullarında və məqsədlərində hər hansı dəyişiklik yaratmayacağını diqqətə çatdırıb. Müsavat başqanı çoxsaylı partiya fəallarının və tərəfdarlarının xəsarət aldığını və həbs olunjuğunu da bildirib. İndi isə xəsarət alanları və yaxınlarını dinləyək. Onlardan biri, AXCP sədrinin müavini Nəriman Qasımoğlunun həyat yoldaşının vəzityyəti ağır olaraq qalır. Cənab Qasımoğlunun dediyinə görə, xanımının körpücük sümüyü sınıb və çoxsaylı xəsarət var. Zorakılıqlar zamanı ayağı sınmış 8 yaşlı Leylaya da baş çəkdim. O anası ilə mitinqə gəlibmiş. Meydana basqı zamanı anasını itirib. Nə yaxşı ki, yaxşı insanlar var. Özünü ayaqlar alıtna atan bu insan Leylanı ölümdən xilas edib. Abdulla Ağazadə ilk yaranı Azərbaycanın müstəqilliyi uğurnda dinc mitinqlər zamanı 1990-cı ilin 20 yanvarında Sovet Ordusu tərəfindən alıb. Sol qolunu itirib. O bu dəfə isə demokratiya uğrunda mübarizədə zorakılığa məruz qaldığını deyir. Rasim Bağırov mitinqə İmişli raoynundan gəlib. Özü döyülüb, əmisi oğlu həbs olunub. Eyni zamanda, hələ baş verənlərə Azərbaycan hökuməti rəsmi mövqe bildirməyib. Azərbaycan Prezidentinin İcra Aparatının Amerikanın səsi radiosuna bildiriblər ki, bu gün istirahət günü olduğundan, rəsmi mövqenin sabah açıqlanacağı gözlənilir. Polisin mövqeyinə gəlincə, o öz hərəkətlərini qanunauyğun sayır. Dünən gecə Bakı şəhər Baş Polis idarəsinin rəis müavini Yaşar Əliyev bildirib ki, mitinqçilər itaətsizlik gösətrib və polisə tabe olmayıb. Yalnız bundan sonra meydan təmizdənməyə başlayıb. Cənab Əliyeıin sözlərinə görə, 29 nəfər mittinqçi saxlanıb və p18 nəfər polis əməkdaşı xəsarət alıb. Onu da qeyd edim ki, zorakılıq hərəkətlərindən dərhal sonra ABŞ və Böyük Britaniyaının Azərbaycandakı səfirləri "Azadlıq" bloku tərəfdarlarına qarşı zorakılığı pisləyən bəyanatlarla çıxış edib. «Azadlıq» blokunun liderləri isə beynəlxalq ictimaiyyətin daha kəskin mövqedən çıxış edəcəyinə əmindir. Müsavat başqanı İsa Qəmbər də ABŞ və Böyük Britaniya səfirlərinin bəyantını müsbət qarşılayır.