Accessibility links

Azərbaycanda mütəşşəkil cinayətkar qrupun 17 üzvü saxlanıb


MTN əməkdaşları tərəfindən 17 nəfərdən ibarət mütəşşəkkil cinayətkar qrup zərərsizləşdirilib. Qrupun 4 üzvü barəsində məhkəmənin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib. Qalan 13 nəfər şübhəli şəxs qismində saxlanılıb. Bu barədə «Amerikanın səsi» radiosuna MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arif Bbayev bildirib. Qrup cinayətkar birlik yaratmaqda, dövlət xəyanətdə, hakimiyyəti zorla dəyişdirilməsinə yönələn hərəkətlərdə, qanunsuz odlu silah gəzdirməkdə və saxlamaqda, saxta pul hazırlamaqda və satmaqda, narkotik maddələrin hazırlamaq və satmaqda ittiham edilir. Əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi səbəbindən saxlanılanların adları və vətəndaşlığı açıqlanmır.
XS
SM
MD
LG