Accessibility links

Hərbi ekspert ABŞ-ın İrana hərbi zərbələr endirəcəyini real sayır


Hərbi ekspert hesab edir ki, ABŞ-ın İrana raket və aviasiya zərbələri endirməsi reallaşır. Onun fikrincə, ABŞ-ın raket və aviasyia zərbələri endirmək üçün çox dəqiq vuran texniki vasitələri var.

Ekspert yaxın illərdə aparılan hərbi əməliyyatlara istinad edərək hazırlıq dövrünün iki ayadək davam edəcəyini deyib. Cənab Mirzəyevin dediyinə görə, İranın nüvə obyektləri vurularsa Azərbaycana da ziyan dəyəcək. O həmçinin böyük qaçqınlar dəstəsinin yaranacağını güman edir. Ekspert Azərbaycan hökumətini cənub sərhədlərini möhkəmlətməyə çağırır.

XS
SM
MD
LG