Accessibility links

BP və Azərbaycan Neft Şirkəti yeni memorandum imzalayıb


BP və Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsi barədə anlaşma memorandumu imzalayıb.
BP-Azerbaijan şirkətinin məlumatına görə, bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verir.
Bu blok təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir və orada indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.
Memorandumu bu gün Londonda Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Qordon Braunun iştirakı ilə ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və BP-nin Geoloji-Kəşfiyyat və Hasilat üzrə Baş İcraçı Direktoru Əndi İnqlis imzalayıb.

XS
SM
MD
LG