ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Boyden Qreyin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
AzərTAC agentliyinin məlumatına görə, prezident
İlham Əliyev ABŞ Prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi
Boyden Qreyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında energetika sahəsində əməkdaşlığın hazırkı
vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.