Accessibility links

BMT-nin Ümumdünya Ərzaq Proqramı daha iki il Azərbaycana yardım edəcək


BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Ceyms Morris Azərbaycana üçgünlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konransı keçirib. O səfər çərçiəvsində prezident İlham Əliyev tərəfindən qəbul edilib, qaçqın düşərgələrinə baş çəkib, hökumət rəsmiləri ilə görüşlər keçirib. Cənab Morrisin sözlərinə görə, Ümumdünya Ərzaq Proqramı Azərbaycanda qaçqın və məcburi köçkünlərə daha iki il yardım göstərməyi qərara alıb. Onun sözlərinə görə, Azərbaycan inkişaf etdikcə qaçqın və məcburi köçkünlərə beynəlxalq yardımlar azalır. «Ümumdünya Ərzaq Proqramı Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. İndiyədək Azərbaycana 102 milyon dollar həcmində yardım edilib. Bu il iyulun 1-dən 2008-ci il iyunun 30-dək proqramın ölkədə fəaliyyəti daha iki il müddətinə uzadılıb. Birinci il 154 min nəfərə, ikinci il isə 134 min nəfərə yardım göstəriləcək. 15,6 milyon ABŞ dolları dəyərində olan yeni əməliyyat çərçivəsində ÜƏP məcburi köçkünlərin ən az təminatlı təbəqəsinə, xüsusilə də qadınlara və uşaqlara qida vəziyyətini müvafiq səviyyədə saxlaması üçün ərzaq yardımı edəcək. Təhsil üçün ərzaq proqramı orta məktəb şagirdlərinin məktəbdən yayınma hallarının qarşısını almağa və onların dərsə davamiyyətini sabitləşdirməyə imkan verəcəkr. İş üçün ərzaq proqramı isə rayonlarda yaşayan məcburi köçkünlərə göstəriləcəkdir. Bu onlara iş imkanlarını artırmağa kömək edəcək». Cənab Moris dünyada humanitar yardımlarla bağlı problemlərin yarandığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, fəlakətlərə qlobal mənada baxanda son 10 ildə fəlakətləirn sayı dörd dəfə artıb.«Dünya bankının məlumatına görə, son dövrlər hər yüz nəfərə düşən fəlakətlərin sayı dörd dəfə artıb. Bura münaqişə, QİÇS və quş qripi qurbanlarını da əlavə edəndə humanitar yardımlarda probemin ağırlığını bir daha görmək mümkündür. Fəlakətlərin sayı çoxaldığından yardımların həcmi də çoxalıb və yardımların paylanması, çatdırılmasında da problemlər artıb». Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Azərbaycan hökumətinin neft gəlirlərinin qaçqın və məcburi köçkünlərin həytının yaxşılaşdırılmasına yönəltməsindən məmnunluq ifadə edib. Azərbaycan baş nazirinin müavini, Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın yaxın zamanlarda bütün qaçqın düşərgələrinin yeni qəsəbələrə göçürüləcəyini deyib. O Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapanadək məcburi köçkünolərin yardıma ehtayacının olacağını xüsusm vurğulayıb.
XS
SM
MD
LG