Accessibility links

İran və Rusiya “Təmiz və etibarlı Xəzər” adlı təlimlərə başlayıb 


Bu gün Xəzərin cənubunda, Bəndər-Ənzəli limanında İran və Rusiyanın "Təmiz və etibarlı Xəzər" adlı müştərək təlimi başlayıb.
İran Dövlət Televiziyasının məlumatına görə, təlimdə İrandan 500 mütəxəssis, kreyserlər, vertolyotlar, Rusiyadan isə müxtəlif təyinatlı bir neçə gəmi iştirak edəcək.
Manevrlərdə dəniz çirkliyinə qarşı mübarizə, dənizdə xilasetmə kimi əməliyyatları icra olunacaq.
Azəri-Press Agentliyinın məlumatına görə, təlimləri Beynəlxalq Dəniz Təşkilatının, həmçinin Azərbaycan, Qazaxıstan və Türkmənistandan dəvət olunmuş nümayəndə heyətləri də izləyəcək.
Turan İnformasiya Agentliyinin Analitik xidmətinin rəhbəri Zəfər Quliyev İran ərazisində Rusiya ilə birgə təlimləri regionda güc nümayişi kimi dəyərləndirir.
O “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, hərbi təlim eyni zamanda Rusiyanın İran hakimiyyətini müdafiəsi kimi də başa düşülməlidir. “Rusiya bu təlimlərdə iştirak etməklə həm İran hakimiyyətini müdafiə edir, həm də Qərbin maraqlarına qarşı birgə çıxış etdiklərini nümayiş etdirir”.
Ekspert həmçinin son dövrlər regionda Rusiya və İranın Nabucco layihəsinin reallaşdırılmasına qarşı birgə çıxış etdiyini diqqətə çatdırıb. “Rusiya Avropa İttifaqı və Amerikanın regiondakı maraqlarına qarşı İran, Orta Asiya dövlətləri ilə birgə olmağa çalışır. Rusiya rəhbərliyi regiondakı münaqişələrdən istifadə etməklə Azərbaycanı da öz tərəfinə çəkməyə çalışır”, - deyə Z.Quliyev qeyd edib.

XS
SM
MD
LG