Azərbaycan Kənd Təsərrüfatı və Dövlət Baytarlıq Xidməti ABŞ-ın Azərbaycan səfirliyi ilə birgə yerli baytarlar üçün təlim proqramı təşkil edir. Bu xəbər ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Xəbərdə deyilir ki, proqram 150 yerli baytarı və Kənd Təsərrüfatı Akademiyasının 30 tələbəsini əhatə edəcək. ABŞ-ın aparıcı baytarlıq mütəxəssisləri tərəfindən keçirilən layihənin məqsədi quş qripi də daxil olmaqla, heyvanlar arasında yayılan təhlükəli xəstəliklərin aşkarlanması üçün baytarlarla ictimai səhiyyə rəsmiləri arasında əlaqələndirməni təkmilləşdirmək.
Səfirlik hazırkı şəraitdə heyvanlarda təhlükəli xəstəlikləri aşkar etmək, onlara qarşı mübarizə üçün regional və qlobal əməkdaşlığın zəruriliyini qeyd edir.
İki həftə davam edəcək təlim proqramını ABŞ səfirliyi və Təhlükənin Azaldılması üzrə Müdafiə ofisi (TAMO) təşkil edir. Təlimləri İllinoy Universitetinin rəhbərliyi altında aparıcı ABŞ baytarları həyata keçiricəklər.
Xəbərdə TAMO-nun ABŞ Dövlət Departamentinin agentliyi kimi son 15 ildə Təhlükənin Azaldılması üzrə Birgə Təşəbbüs çərçivəsində postsovet ölkələri ilə kütləvi qırğın silahlarının təhlükəsiz qorunması, müdafiəsi və məhv edilməsi fəaliyyətinə görə tanındığı xatırladılır. TAMO həmçinin təbii fəlakətlər nəticəsində baş verən epidemiyalardan bioloji terrora qədər bioloji təhlükələrdən müdafiənin təkmillədşdirilməsi üzrə ölkələrlə sıx əməkdaşlığın qurulması proqramlarını da əhatə edir