Accessibility links

Azərbaycanda korrupsiya ilə bağlı 32 cinayət işi qaldırılıb


Azərbaycanda prokurorluq sistemində mindən çox əməkdaş fəaliyyət göstərir. Ötən il 115 əməkdaş mükafatlandırılıb, 95 əməkdaş isə intizam qaydasında tənbeh edilib. Bu barədə baş prokurorun müavini Eldar Nuriyev bu keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ötən il ölkədə 18.000 cinayət hadisəsi baş verib. Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə idarəsində isə korrupsiya ilə bağlı 32 cinayət işi aparılır. Baş prokurorun müavini bu il martın 3-də «Barmek-Azərbaycan" şirkətinə qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma maddələrilə cinayət işi başlandığını bildirib. O, "Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabulun həbs olunmasını da istisna etməyib. Şirkət Bakı və Sumqayıt şəhərinin elektrik paylayıcı şəbəkələrini idarə edir. Cənab Nuriyev «Azpetrol» şirkətinin vəkilinin bu qurumun bir neçə yüz milyon dollar vəsaitindən xəbər olmadığı barədə bəyanatı ilə bağlı sualın cavabında bildirib ki, bu cinayət işi çoxerizodludur və araşdırmalar davam edir. Bildirək ki, ötən ilin oktyabrında şirkətin sabiq rəhbəri Rafiq Əliyev həbs edilib. Jurnalist Elmar Hüseynovun qətli əvvəlcədən düşünülmüş cinayətdir. Bu sözləri Baş prokurorun müavini Amerikanın səsi radiosunun sualının cavabında deyib. O jurnalistin qətli ilə bağlı istintaqın davam etdirildiyini bildirib. "Monitor" jurnalının baş redaktoru ötən il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Baş Prokurorun müavini ötən ilin oktybarında dövlət çevrilişinə cəhd və iğtişaşa hazırlıq ittihamları ilə həbs edilmiş sabiq səhiyyə və iqtisadi inkişaf nazirlərinin barəsində həbs qəti imkan tədirinin dəyişdirilməsindən söhbət getmədyini bildirib. "Həbsdən azad olunma ilə bağlı hüquqi prosedur var və hər bir insan bu hüquqdan istifadə edə bilər. Hazırda istintaq sabiq nazirlərin həbsdən azad edilməsini mümkün hesab etmir"-deyə o qeyd edib.
XS
SM
MD
LG