Accessibility links

Azərbaycanın Baş Prokuroru jurnalistin qətli ilə bağlı yeni faktlardan danışıb


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin Hacı Məmmədovun jurnalist Elmar Hüseynovun qətli barədə ifadəsinin istintaq orqanına göndərməsi barədə qərarı Baş Prokurorluğa daxil olduqdan sonra onun dindirilməsi təmin olunacaq”. Bu barədə Baş Prokuror Zakir Qaralov Hacı Məmmədovun Elmar Hüseynovu onun dəstəsinin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetirməsi barədə açıqlamasına münasibət bildirərkən deyib. Cənab Qaralovun sözlərinə görə, həm Elmar Hüseynovun qətli ilə bağlı aparılan istintaq zamanı, həm də Fərhad Əliyev və digər şəxslərin cinayət işlərinin istintaqı zamanı mühüm faktlar aşkarlanıb. Elmar Hüseynovun qətlində təqsirli bilinərək barəsində axtarış elan edilmiş Teymuraz Əliyev və Tahir Xubanovla bağlı baş prokuror bildirib ki, jurnalist bu şəxslər tərəfindən son 3 gündə addım-addım izlənib. Baş prokuror Hacı Məmmədovun Elmar Hüseynovun qətli ilə bağlı açıqlamanı təzyiq nəticəsində verməsi ilə bağlı fikirləri təkzib edib. O «Barmek-Azərbaycan» şirkətinin bir qrup vəzifəli şəxsi ilə bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu da diqqətə çatdırıb. "Barmek" şirkətinin bir qrup yüksək vəzifəli işçisinin işi üzrə istintaq iki ay ərzində başa çatacaq. Bundan sonra müqəssirlər qanun qarşısında cavab verəcək». Cənab Qaralov həmçinin özəl ali məktəblərdə qanunun pozulması ilə bağlı da danışıb. Qeyd edək ki , bu universitetlərdən Müstəqil Azərbaycan və Beynəlxalq universitetlə bağlı prokurorluq araşıdrma aparır.
XS
SM
MD
LG