Accessibility links

Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin toplantısı keçirilir


Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun növbəti iclası açılıb. Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun iclasında Azərbaycan, Almaniya, Avstriya, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, İsveçrə, Latviya, Macarıstan, Rusiya, Rumıniya, Slovakiya, Sloveniya və Ukraynanın nümayəndələri iştirak edir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev bildirib ki, Avratlantik strukturlara uğurla inteqrasiya edən Azərbaycan sərhədlərin mühafizəsi işində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. Tədbirdə işçi qruplarının fəaliyyəti, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsi zamanı sərhəd qurumlarının vəzifələri və imkanları ilə bağlı məsələ müzakirə olunur.
XS
SM
MD
LG