Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə Milli Agentlik bu il 1249801 kv.metr ərazini minalardan təmizləyib 27848 partlamamış hərbi sursat və mina zərərsizləşdirilib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin direktoru Nazim İsmayılov «Amerikanın səsi» radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, mina təmizləmə işlərində hazırda 156 sapyor, 47 operator, 8 paramedik, 12 mexaniki minatəmizləmə operatoru, 5 mexaniki minatəmizləmə maşını, 25 minaaxtaran it və 100-ə yaxın yardımçı işçi iştirak edib. «İndiyədək cəmi 46596766 kv.metr ərazi təmizlənib, 167060 parlamamış sursat tapılaraq zərərsizləşdirilib. Mart ayında 3 mina hadisəsi qeydə alınıb. 2001-ci ilin sentyabrından etibarən 86 hadisədə 53 nəfər həlak olub, 122 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb».