Accessibility links

Azərbaycan və Rusiya Qəbələ RLS-lə bağlı müzakirələr keçirib


Rusiya və Azərbaycan xarici işlər nazirliklərinin məsləhətləşmələri zamanı Raket Əleyhinə Müdafiə Sistemləri kontekstində qlobal təhlükəsizlik məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov və Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak arasında danışıqlardan sonra keçirilən birfinqdə cənab Əzimov bildirib. Rusiya xarici işlər nazirinin müavini Sergey Kislyak danışıqların başlıca mövzusunun Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın mülkiyyətində olan Qəbələ RLS-dən birgə istifadə haqqında təklifi olduğunu bildirib. Onun sözlərinə görə, bu mövzuda danışıqlar amerika tərəfilə də davam etdiriləcək. "Bizim üçün Bakıya gəlmək və azərbaycanlı kolleqalarla məsləhətləşmək çox vacibdir. Xarici işlər naziri Elmar Məmmədyarova və prezident İlham Əliyevə ətraflı, dərin analiz və mövcud problemlərin həllinin mümkün yollarının axtarışı üçün çox minnətdarıq. Düşünürəm ki, Rusiya da, Azərbaycan da bu işdə nə isə edə bilər". Araz Əzimov deyib ki, Azərbaycan prinsipcə Rusiya prezidentinin Qəbələ RLS-dən beynəlxalq səviyyədə istifadə haqqında təklifinə razılıq verib. Lakin Bakı bu obyektdən yeni formatda istifadənin xırdalıqları və şərtləri haqqında ABŞ və Rusiya müzakirələrində iştirak etməyi nəzərdə tutur. «Azərbaycan yalnız danışıqların və məsləhətləşmələrin iştirakçısı olmaq və RLS-dən istifadə haqda qərar qəbul edilməsində iştirak etmək deyil, həm də İran amilinin nəzərə alınması ilə təhlükəsizlik təminatı almaq istəyir». «ABŞ Qəbələ RLS-in birgə istifadəsindən imtina etmiəyib». Bu bəyanatla isə bu gün ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi çıxış edib. «Qəbələ RLS Azərbaycanın mülkiyyətidir və stansiyanın birgə istifadəsinə dair məsələ Azərbaycan hökuməti ilə mütləq müzakirə olunmalıdır. ABŞ Qəbələ RLS-in birgə istifadəsi təklifinə qarşı çıxmayıb. Stansiyanın ABŞ-ın raket hücumundan müdafiə sisteminin tələblərinə nə dərəcədə cavab verdiyi müəyyən edilməlidir. Bundan əlavə, Qəbələ RLS-in birgə istifadəsi rəsmi Vaşinqtonun Polşa və Çexiyada raket hücumundan müdafiə sistemi yaratmaq planlarına alternativ olmayacaq»-deyə səfir qeyd edib. Yeri gəlmişkən onu da bildirim ki, Rusiya xarici işlər nazirinin müavini suallra cavabda İranın Buşehr atom elektrik stnaisasfı məsələsinə də toxunub "Rusiya İranın Buşehr şəhərində atom elektrik stansiyası tikilməsini sona çatdıracaqmı?*," sualına cənab Kislyak müsbət cavab verib. «Buşehr üzrə mövcud ziddiyətlər siyasi deyil, iqtisadi xarakter daşıyır. Lakin bu problemlər obyektin işə düşmə müddətini 2008-ci ilin sonunadək uzadıb»-deyə o bildirib.
XS
SM
MD
LG