Accessibility links

Azərbaycanda quş qripi təhlükəsi azalır  


Azərbaycanda quş qripi xəstəliyinə qarşı kompleks mübarizə tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Ağdam rayonunun Bənövşələr qəsəbəsi istisna olmaqla hazırda ölkə ərazisində karantin tədbirləri tətbiq edilmir. Bu bardə Quş Qripi Xəstəliyinmn Qarşısının Alınması üzrə Dövlət Komissiyasının məlumatında deyilir. «Miqrasiya edən çöl quşları ölkə ərazisini tərk etdiyindən quş qripi virusunun yayılması təhlükəsi get-gedə azalır. Aparılan müşahidələr göstərir ki, son günlər çöl quşları arasında ölüm hallarının sayı kəskin azalmışdır. Xəstəlik müşahidə edilmiş bütün ərazilərdə dezinfeksiya və monitorinq aparılması davam etdirilir. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hazırda quş qripi xəstəliyinə şübhəli bilinən şəxslər yoxdur». Əhalinin nəzərinə bir daha çatdırırıq ki, gigiyena-sanitariya qaydalarına ciddi riayət etməli, ev quşlarını qapalı şəraitdə saxlamalı, çöl quşları ilə təmasdan çəkinməli, mənşəyi məlum olmayan quşçuluq məhsullarından istifadəyə yol verilməməlidir.

Güş qiripinin itlərə keçməsi barədə məlumat

XS
SM
MD
LG