Britaniyalı dənizçilər İranın daxili sularına soxularaq "təcavüzə" yol veriblər və onların azad edilməsi üçün ən azı Böyük Britaniya hökumətinin üzr istəməsi lazımdır. Bu barədə «Amerikanın səsi» radisunun sualının cavabında İranın yüksək vəzifəli dini şəxslərindən biri ayətulla Şeyx Məhəmməd Əli Təhsiri bildirib. O ümid edib ki, mövcud məsələ "diplomatik və kamil vasitələrlə" öz həllini tapacaq.
ABŞ-ın İrana mümkün hərbi zərbələrinə gəldikdə isə, ayətulla belə bir fikir ifadə edib ki, Vaşinqton "ağıl" nümayiş etdirəcək və bu addımı atmayacaq. ABŞ İraqda və Əfqanıstanda baş verən hadisələrdən dərs çıxarmalıdır. İrana gəlincə, onun xalqı birlik nümayiş etdirərək "layiqli müqavimət göstərəcək", deyə Təhsiri qeyd edib.
Ayətulla İranda azərbaycanlıların hüquqlarının pozulmasına dair vəziyyəti şərh etməkdən imtina edib. O yalnız bütün İran xalqlarının "vahid islam qanunları ilə yaşadıqlarını" bildirib.