Accessibility links

Azərbaycanda milli mətbuat günü


Sabah Azərbaycanda Milli Mətbuat günüdür. 134 il öncə Azərbaycanda ilk mətbuat orqanı “Əkinçi” qəzeti nəşr olunub.
“Əkinçi”dən başlayan Azərbaycan çap mətbuatı çoxsaylı müharibələrin, repressiyaların, süngülərin, siyasi hakimiyyətlərin od-alovunda püxtələşib. Ölkədə bütün dövrlər üçün nümunə sayılan “Molla Nəsrəddin”, “İrşad”, “Həyat”, “Kaspi”, “Azərbaycan” kimi nəşrlər çap olunub. Müasir dövrün azad mətbuatı isə 1989-cu ilin dekabrında “Azadlıq” qəzetinin ilk nömrəsi çap olunub.
Hazırda Azərbaycanda çoxsaylı çap olunan qəzet və jurnallar, həm də elektron nəşrlər var. Bunlara baxmayaraq, jurnalistlərə təzyiqlər davam edir, 2005-ci ilin martında qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilləri hələ də azadlıqdadır. 3 jurnalist və 2 bloger həbsədir.
Hökumət media sahəsində dövlət qayğısının günbəgün artdığını desə də, müstəqil ekspertlər söz və mətbuat azadlığı sahələrində geriləmələrdən danışır. “Nəcəf Nəcəfov” Fondunun icraçı direktoru Şahin Hacıyev medianın vəziyyətini mürəkkəb və çətin kimi qiymətləndirir. Onun fikrincə, çap mediasına əsasən iqtidar, müxalifət və artıq oliqarxlat nəzarət edir.
Ekspert hesab edir ki, mediaya və jurnalistlərə təzyiq tendensiyası son illər dəyişməyib. Bu tendensiya siyasi hadisələrdən asılı olaraq gah güclənir, gah da zəifləyir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, medianın başlıca problemlərini hökumətlə münasibətlərdə, monopoliyalarda axtarmaq lazımdır.
Ekspert problemin həllini vətəndaş cəmiyyətinin gücləndirilməsində və azad bazar mühitinin yaradılmasında görür.
“Media Hüquqları” institutunun direktoru Rəşid Hacılı Azərbaycanda media sahəsində qanunvericilik bazasının beynəlxalq standartlara yaxın olduğunu deyir. Ancaq bütün problemlər qanunun icrasına marağın olmaması nəticəsində yaranır.
Rəsmi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə problemlərin olmasına baxmayaraq medianın dövlət qayğısı ilə tam əhatə olunduğunu düşünür. Onun dediyinə görə, hökumət media orqanlarının borclarını bağışlayıb, kreditlər verib və Mətbuata Yardım Fondu təsis edib. Ölkədə media və söz azadlığının təntənəsi üçün hər cür imkan var.
Cənab Sadıqov böhtana və jurnalist fəaliyyətinə görə hər hansı müxbirin həbsdə olmadığını iddia edir. Onun fikrincə, bu sahədə hökumətin tənqidi ikili standartlardan qaynaqlanır.
Hazırda 3 jurnalist, 2 gənc bloger xuliqanlıq və başqa ittihamlarla həbsdədir. Ancaq jurnalistlər bu ittihamları qəbul etmir və tənqidi yazılarına görə həbs edildiklərini iddia edir. İndi isə həbsdən olan jurnalistlərin ailə üzvlərini dinləyək. Hikmət Hacızadə oğlu bloger Adnan Hacızadə də daxil olmaqla demokratiyanın inkişafında jurnalistlərə minnətdardır. Onun fikrincə, demokratiya uğrunda mübarizədə jurnalistlərin fəaliyyəti Azərbaycan tarixində qızıl hərflərlə yazılacaq.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailə üzvləri mətbuat gününü onunla birgə keçirmək arzusundadır. Lakin ailə baş redaktorun azadlığı ilə bağlı ümidlərini Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisinin regiona səfərinə bağlayır. Məruzəçi isə deyəsən Azərbaycana səfər barədə hələ düşünmür. Baş redaktorun həyat yoldaşı Ayəndə xanım belə deyir.
“Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev terrorla hədələmə ittihamı ilə həbsdədir. Baş redaktorun atası Emin Fətullayev oğlunun azadlığa buraxılacağını gözləmir. Onun ümidi isə Avropa İnsan Haqları məhkəməsinədir.



XS
SM
MD
LG