Azərbaycanda “Aydınlar” adlı yeni siyasi partiya təsis edilib.
Təşkilat komitəsinə -daxil olan 5 nəfərin hamısı AXCP-nin fəalları olub. AXCP
Ali Məclisinin keçmiş sədri, prezidentliyə namizəd Qulamhüseyn Əlibəyli isə
təşkilat komitəsinin sədri seçilib.
Cənab Əlibəyli “Amerikanın səsi” radiosuna
müsahibəsində bildirib ki, partiya sağ mərkəzçi mövqedə dayanır, sıralarında
ziyalılıarı, gəncləri və iş adamlarını birləşdirəcək. İndiki hakimiyyətə
müxalifətdədir.