Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs departamentinin direktoru Robert Palmerin başçılıq etdiyi texniki komissiyaya Azərbaycanın işğal altında olan ərazilərində və Ermənistan ərazisində qalmış mədəniyyət abidələrinin siyahısı təqdim edilib.
Texniki komissiyanın Azərbaycan
Xarici İşlər Nazirliyində keçirdiyi görüşdə işğal altındakı rayonlarda və
Ermənistanda qalmış mədəniyyət abidələri və onların mövcud durumu ilə bağlı
məlumat verilib.
Xarici İşlər Nazirliyinin əməkdaşı Kəmalə İmranova
bildirib ki, işğal altında olan ərazidə 1890 mədəniyyət abidəsi qalıb. Onun
sözlərinə görə, bu abidələein
əksəriyyəti məhv edilib . Xanım İmranova Ermənistanda da azərbaycanlıların
çoxsaylı mədəniyyət abidələrinin qaldığını bildirib.
Robert Palmer isə Avropa Şurası katibliyinin
Azərbaycan və Ermənistanın mədəniyyət abidələrinə baş çəkilməsi ilə bağlı
niyyətini alqışladığını deyib. "Biz
istəyirik ki, hər iki tərəfin müraciəti dəqiq araşdırılsın. Texniki missiya
Ermənistana da səfər edəcək. Hər iki tərəfin siyahısı AŞ-da müzakirə edildikdən
sonra faktaraşdırıcı missiya regiona gələcək. Ancaq bundan öncə maliyyə və
təhlükəsizlik məsələləri diqqətdə olacaq".
Cənab Palmer AŞ-ın bütün hallarda mədəniyyət
abidələrinin dağıdılmasından narahat olduğunu bildirib. "Münaqişələrin mədəniyyət abidələrinin
ixracına sirayət etməsindən təəssüflənirik" - deyə o qeyd edib.