Accessibility links

Bakıda Avropa Şurası Parlament Assambleyasının siyasi komitəsinin iclası keçirilir


Bakıda Avropa Şurası Parlament Assambleyasının iclası açılıb. İclasda Ermənistandan başqa bütün üzv dövlətlərin nümayəndə heyətləri iştirak edir. Gündəliyə Azərbaycan hakimiyyət nümayəndələri ilə fikir mübadiləsi, Qaradağ (Monteneqro) Respublikasının AŞ-ya qəbulu, siyasi partiyaların davranış qaydaları, Kosovada hazırki vəziyyət, Avropada insan haqları və demokratiya, Çeçenistanda mövcud durum, İranın nüvə proqramına beynəlxalq cavabdehlik, Orta Asiya üzrə dinləmələr daxildir. İclasın açılış hissəsində AŞPA siyasi komitəsinin deputatları ilə yanaşı Azərbaycanın xarici işlər, daxili işlər və ədliyyə nazirləri iştirak edib. Siyasi komitənin sədri Əbdülqadir Atəş bildirib ki, Azərbaycan AŞ-ya qəbul edildikdən sonra siyasi komitə bu ölkədə ilk iclasını keçirir. O qeyd edib ki, siyasi komitə Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapmamasından nahatçılıq keçirir. "Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi AŞPA siyasi komitəsinin gündəliyindədir. Bununla bağlı Avropa Şurası Parlament Assambleyası 1416 saylı qətnamə qəbul edib. Sənədin yerinə yetirilməsi çox vacibdir. Siyasi komitədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı alt komitə yaradılırb və deputat Rassel Conston məruzəçi təyin edilib. O məsələnin üzərində ciddi çalışır. Hazırda Ermənistan və Azərbaycan parlamentariləri görüşmək niyyətindədir". A.Atəşin sözlərinə görə, siyasi komitə ümumiyyətlə "Cənubi Qafqazda sabitlik" adlı qətnamə hazırlayıb AŞPA-ya təqdim edib. "Bu sənəd Ermənistan-Azərbaycan münaqişəsi, o cümlədən bölgədə siyasi barışıq baxımından mühüm sənəddir". Siyasi komitə sədri ANS televiziyasının bağlanmasının söz azadlığı ilə bağlı narahatçılığa yol açdığını bildirib. "Bu ölkədə ilk böyük müstəqil televiziya kanalı idi. Azərbaycanın nazirləri ilə görüşümüzdə söz və mətbuat azaddığı məsələsini qaldıracağıq". Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov məruzə ilə çıxış edib. Ölkədə, regionda və dünyada baş verən mühüm hadisələrə Azərbaycanın baxışını açıqlayıb. O bildirib ki, ölkədə demokratiyanın inkişafı üçün beynəlxalq stnadartlara cavab verən mühüm qanunvericilik bazası var. "Hesab edirəm ki, qanunların icrası ilə məşğul olmalıyıq. Qanunların icrasına nail olsaq yaxşı göstəricilərə nail olacağıq". Nazir Azərbaycan iqtisadiyatının yüksək templərlə inişaf etdiyini bildirib. "Büdcə gəlirlərinin böyük hissəsi neft gəlirlərindən asılı olduğu üçün Holland sindromundan qaçmağa çalışırıq. Bunun üçün hökumət qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırır". E.Məmmədyarov Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verildiyini və kəmərin ötürücülük qabiliyyətini gündə bir milyon barrel olduğunu diqqətə çatdırıb. "Qazaxıstan da artıq bu kəmərə qoşulub. Azərbaycan kəmərin ötürücülük qabiliyyətini gündə 1,7 milyon barrelə qədər aratırmaq fikrindədir". Nazir Azərbaycanın təbii qaz ixracına başladığını da deyib. "Biz qaz şəbəkəsinin Türkiyə, sonra Balkan yarımadası, Yunanıstana çatdırılmasının tərəfdarıyıq. Hazırda İtalyanın da şəbəkəyə qoşulması ilə bağlı danaşıqlar apırılır". O neft və qaz kəmərlərinin regionda təhlükəsizlik və sabitlik baxımından mühüm olduğunu bildirib. "Qazaxıstan və Türkmənistan da bu kəmərlərdən bəhrələnə bilər". Nazir Cənubi Koreyadan Türkiyə və Avropanı birləşdirəcək dəmir yolu xəttinin tikintisinə başlanacağını deyib. "Bu ölkələri birləşdirəcək dəmir yolunun bərpası üçün Türkiyə ilə Gürcütsan arasında 97 kilometrilk xətt çəkiləcək. Yolun layihə sənədləri hazırlanıb, tikintisi 18 aya başa gələcək və buna 400 milyon dollar yönəldiləcək. O şimal-cənub dəhlizinin tikintsinə başlanacağını da diqqətə çatdırıb". E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsini ölkənin ən böyük problemi adlandırıb. "Azərbaycan və Ermənistan prezidentlərinin Minsk görüşü konstruktiv keçib. Ancaq hələ bilmək olmur ki, Ermənistan nə qədər səmimidir, danışıqların irəli getməsini, yoxsa parlament və prezident seçkilərində xalqından dəstək almaq istəyir". O işğal altında olan Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini deyib. "Dağlıq Qarabağın ətrafında olan rayonlara, o cümlədən Dağlıq Qarabağda qaçqınlar öz doğma evlərinə qayıtmalıdır. Əgər bu baş verərsə danışıqların səmimiliyinə inanmaq olar, regionda əməkdaşlıq güclənər və Ermənistanla yolları da aça bilərik". Xarici İşlər naziri Cənubi Qafqaz ölkələrinin milli təhlükəsizliyi və qonşuluq baxımından münaqişələrin həllinin vacibliyini deyib. "Biz istəyirik ki, qonşularımız da sülh və əminamanlıq şəraitində yaşasın, yoxsulluq aradan qalxsın. Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır. Ermənistanın da münaqişənin həllində nə qədər səmimi olduğuna əmin olmaq lazımdır". O AŞPA-nın deputatlarına müraciət edərək, heç bir dövlətin ərazisinin işğalını qəbul etməməyə, etnik təmizləmə siyasətinə son qoyulması üçün tədbirlər görməyə çağırıb. E.Məmmədyarov Azərbaycan, Gürcüstan və Ermənistanın Avropanın qonşuluq siyasətinə qoşulduğunu bildirib. "Azərbaycan öz qonşuları ilə münasibətlərdə səmimidir və inkişafa tərəfdardır. Rusiya ilə münasibətlərimiz çox ciddi inkişafdadır. Ticarət dövriyəsi son il iki dəfə artıb. Hər iki ölkə xalqları və rəhbərləri arasında səmimi münasibətlər var. Rusiya bazarları Azərbaycan malları, xüsusilə kənd təsərrüfatı məhsulları üçün açıqdır. İranla yaxşı münasibətlərimiz mövcuddur. İki ölkə bir sıra layihələri, o cümlədən şimal-cənub dəhlizi layihəsini həyata keçirir. İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikasında yaşayanların sayından 3-4 dəfə çoxdur. Eyni ənənələrə malikik, eyni dildə danışırıq. Biz İranla Rusiya arasındakı iki müharibədən sonra bölünmüşük. İrana qaz verib, eyni miqdarda qazı Naxçıvanda alırıq. Azərbaycan Respublikasının Ermənistan vasitəsi ilə Naxçıvana gedişi olmadığından, kommunikasiyalar dağıldığından yeganə quru yolu İran vasitəsilədir. İranın nüvə məsələsinə gəlincə, Azərbaycan hesab edir ki, İranın nüvə enerjisindən sülh naminə istifadə etmək hüququ var. İranın nüvə məsələsi ilə bağlı münaqişəyə gəlincə, problem danışıqlar yolu ilə həllini tapmalıdır. Hesab edirik ki, İranla bağlı ritorik baxışlardan uzaqlaşmaq lazımdır". O Türkiyə və Gürcüstanla Azərbaycanın strateji partnyor olduğunu və çoxsaylı birgə layihələrdə iştirak etdiyini bildirib. "Qazaxıstanla əlaqələrimiz də sürətlə inkişaf edir. Qazaxstan Azərbaycan vasitəsi ilə Gürcüstanın Qara dəniz limnalarına çıxır və gələcəkdə Aralıq dənizi limanlarına çıxa bilər. Türkmənistanla isə hələ ümumi dil tapa bilmirik. Xəzərin bölünməsi ilə bağlı eyni mövqedən çıxış etsək də ümumi razılığa gələ bilmirik. Belə ki, biz dənizin bölünməsində adalardan hesablanma prinsipinə üstünlük veririk, Türkmənistan isə əksinə. İranın Xəzərin bölünməsilə bağlı fikirləri ilə Azərbaycan razılaşa bilməz. Onlar dənizin beş sahil ölkəsi arasında bərabər bölünməsini istəyir. Belə olanda İranın payı Bakı buxtasınadək gəlib çıxar". Xarici İşlər naziri Ermənistanla qonşuluq siyasəti aparmağın çox çətin olduğunu vurğulayıb. "Azərbaycan Ermənistanla qonşuluğa hazırdır. Ermənistan da qonşuluq siyasəti nümayiş etdirməlidir. Heç bir ölkə ərazisini işğal etmiş dövlətlə qonşuluqdan çıxış etməz". E.Məmmədyarov demokratiyadan danışarkən, bunun bir alma alıb, onu kəsmək kimi asan məsələ olmadığını deyib. "Bu məsələdə tarixi ənənə, mentalitet hətta dini baxışlar nəzərə alınmalıdır. Biz demokratiya məsələsində Avropa və Avrasiyaya inteqrasiya etmək istəyirik". Nazir suallara cavabda QUAM-ı vacib təşkilat adlandırıb. "Artıq üzv dövlətlərin prezidentləri QUAM-ın beynəlxalq təşkilata çevrilməsi ilə bağlı sənəd imzalayıb. QUAM-ın büdcəsi formalaşıb, Gürcüstan Xarici İşlər nazirinin birinci müavini baş katib seçilib. Gələn ilin fevralınadək üzv dövlətlərin parlamentləri sənədləri ratifikasiya edəcək". Onun sözlərinə görə, QUAM dövlətləri beynəlxalq aləmdə birgə mövqedən çıxış edir. "QUAM-ın üç üzvü separatçılıqdan əziyyət çəkir. QUAM dövlətlərinin ərazisində dondurulmuş münaqişələrlə bağlı BMT Baş Assambleyasında məsələ qaldırmışıq. Məsələ bu ilin dekabrında müzakirəyə çıxarılacaqdı, amma QUAM Xarici İşlər nazirləri müzakirənin 2007-ci ildə keçirilməsini təklif edib". E.Məmmədyarov Rusiya deputatının Serbiyanın razılığı olmadan Kosovanın müstəqilliyinin elan edilməsi ilə Dağlıq Qarabağda keçirilən referendumun eyniləşdirliməsi baxımından verdiyi suala cavabda "Dağlıq Qarabağda keçirilən referendum heç nədir" deyə bildirib. "Nə ABŞ, nə Avropa İttifaqı, nə Avropa Şurası, nə də heç bir dövlət bu referendumu tanımayacaq. Bu sadəcə vaxt itgisidir. Bu əsəblərlə oynamaqdır. Ərazidə yaşayan başqa xalqları çıxarıb Dağlıq Qarabağda hər hansı bir referendum keçirilə bilməz. Referendum vəziyyəti daha da gərginləşdirməyə, həllə gedən yolu çətinləşdirməyə xidmət edir. Referendum yalnız Dağlıq Qarabağda 1988-ci il siyahıya alınmasınadək yaşayan insanlar oraya qayıtdıqdan sonra baş verə bilər". O hər bir problemin, o cümlədən Kosovo məsəlsinin BMT-nin qətnaməsinə uyğun həllinə tərfdar olduğunu bildirib. "Hər bir münaqişənin öz səbəbləri, öz problemləri var. Kosovada münaqişə olsa da indi də albanlarla yanaşı 10 minlərlə serb yaşayır. Ona görə, bu da bir nümunə olmalıdır". Ermənistan-Azərbaycan münaqişəsi üzrə alt komitənin sədri Rassel Conston suala münasibət bildirib. "Rusiyalı deputatın əksinə sual vermək istəmirəm. Referendum hər hansı səviyyədə keçirilsə yaxşı ola bilər. Artıq Sovetlər vaxtı sona çatıb. Münaqişədən əvvəl ərazidə yaşamış xalqların proporsionallığı bərpa edildikdən sonra Dağlıq Qarabağda referendum keçirilə bilər".
XS
SM
MD
LG