Accessibility links

Azərbaycanda aqrar sektora ayrılan kreditlər tələbatdan dəfələrlə azdır


Ötən il Azərbaycanda aqrar sektora 196,6 milyon manat kredit yönəldilib. Bu kreditlərin 15 milyon manatını «Aqrorkredit» qeyri-bank kredit təşkilatı verib. “Aqrokredit” təşkilatı kreditləri 21-24 faizlə verir. Bu barədə «Aqrorkredit» qeyri-bank kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ayrılan kreditlərin 70%-i ilkin istehsala yönəldilib. “Aqrorkredit” ötən il Yaponiya hökumətinin ayırdığı qrant hesabına dəyəri 17 mln. Dollar olan 1000 ədəd kənd təsərrüfatı texnikasını da lizinqə verib. Cənab Musayev təşkilatın növbəti 5 il üçün strateji inkişaf planı hazırladığını bildirib. Plana əsasən, kənd yerlərində kreditlərə tələb çox olduğu üçün təşkilat kənd təsərrüfatına ayrılacaq kreditlərin həcmini artırmaq, kredit portfelini minimum 95 mln. manata çatdırmaq niyyətindədir. “Turan” Agentliyinin eksperti Hafiz Babalı aqrar sektora ayrılan kreditlərin tələbatın beşdə birini təşkil etdiyini bildirir. Onun sözlərinə görə, kreditlərin müddəti az, faizi isə yüksəkdir. Ekspert hesab edir ki, dünyada ərzaq təhlükəsizliyi məsələsinin önəm kəsb etdiyi bir vaxtda Azərbaycan aqrar sektorun inkişafı üçün dövlət proqramı hazırlamalıdır.
XS
SM
MD
LG