Accessibility links

Azərbaycanda dövlət reyestrinə alınmamış çoxsaylı daşınmaz əmlak var


Torpaq islahatı zamanı Bakı şəhərinin ətrafındakı qəsəbələrə aid torpaq sahələri islahata məruz qalmayıb. Abşeron yarımadasındakı bir sıra torpaqların statusunun müəyyənləşdirilməməsi isə qanunsuz istfadə hallarına səbəb olur. Bu barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinin rəisi Arif Qaraşov «Amerikanın səsi» radiosuna bildirib. Onun sözlərinə görə, Bakı ətrafında qəsəbələrdə torpaq satışı ilə bağlı çoxsaylı qanunsuzluqlara yol verilir. Eyni zamanda, cənab Qaraşov problemin aradan qaldırılması üçün təiynatı məlum olmayan torpaqların müvafiq bələdiyyələrə verilməsini vacib sayır. Onun fikrincə, torpaq sahələri notarius vasitəsilə açıq hərraclarda satışa çıxarılmalıdır. Cənab Qaraşov Abşeron yarımadasında bir çox sənaye əhəmiyyətli, neftlə çirklənmiş torpaqlarda, vulkanik ərazilərdə yaşayış massivlərinin tikildiyini diqqətə çatdırıb. Bu tiktlilər he vaxt dövlət reyestrinə alınmayacaq. Cənab Qaraşov tikintisi başa çatmamış binaların satışa çıxarılmasını vətəndaşların aldadılması kimi qiymətləndirir. Belə ki, Bakı və digər böyük şəhərlərdə bina dövlət komissiyası tərəfindən qəbul edilməmişdən öncə mənzillər satılır. Bu səbəbdən də insanlar həmin mənzillərdə illərlə yaşamaısna baxmayaraq binalar dövlət reyestrinə alınmır. Dövlət reyestr xidmətinin rəisi əhalini belə qanunsmuz alqı-satqılarda iştirak etməməyə çağırır.
XS
SM
MD
LG