Accessibility links

ABŞ səfiri NATO-nun Azərbaycanda demokratik islahatlara kömək edəcəyinə inanır 


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Azərbaycan Avroatlantik mərkəhzində Azərbaycan-ABŞ əlaqələri və Azərbaycan-NATO münasibətləri mövzusunu əhatə edən məruzə ilə çıxış edib. Səfirin sözlərinə görə, Azərbaycan ABŞ-ın dostu və tərfdaşıdır. Onun fikrincə, iki ölkə qlobal və regional təhlükəsizliyin və sabitliyin təmin olunması, qlobal enerji təhlükəsizliyinin yaradılması, siyasi və iqtisadi islahatlar vasitəsilə Azərbaycanda demokratiyanın və azadlığın inkişafı sahəsində ümumi məqsədləri bölüşür. «Bü üç sahədə ardıcıl qarşılıqlı inkişaf Azərbaycanın təhlükəsiz, müstəqil və demokratik ölkə kimi gələcəyi üçün önəmlidir. ABŞ Azərbaycanın təhlükəsizlik, müstəqillik və azadlıq kimi məqsədlərini dəstəkləyir. Biz həmçinin inanırıq ki, Azərbaycanın Avroatlantik müdafiə strukturuna inteqrasiyası bu üç sahədə lazımi ümumi məqsədlərmizin irəli getməsinə kömək edəcək». Xanım Dersi bildirib ki, əslində NATO-nun missiyası ümumi dəyərlərin müdafiəsi üçün təhlükəsizliyin təmin olunmasından ibarətdir. Bu dyərlər demokratiya, fərdi azadlıq və qanunun aliliyidir. «Azərbaycanın NATO-ya bu məsələdə yardımçı olmaq üçün iki əsas rolu var. Azərbaycan əsgərləri NATO əsgərləri ilə Əfqanıstanda çiyin-çiyinə dayanıb. NATO-nun bu mühüm missiyası Riqa Sammitində bir daha təsdiqlənib. ABŞ və NATO-nun bütün üzvləri Azərbaycana Əfqanıstandakı möhkəm və davamlı əməkdaşlığına görə minnətdardır. Azərbaycan Əfqanıstanda xidmət edən 11 qeyri NATO ölkəsindən biridir. Biz azərbaycanlılara Əfqanıstanda əsgərlərinin sayını iki dəfə artırmaq qərarına görə təşəkkür edirik. İkincisi Azərbaycan çox çətin və mürəkkəb bölgədə uğur əldə etməyə çalışan gənc demokratik bir ölkədir. Azərbaycan Sülh Naminə Tərəfdaşlıq və FərdiTərəfdaşlıq Fəaliyyət Planı qarşısında götürdüyü öhdəlikdə göstərdiyi kimi, davamlı demokratik inkişaf ölkənin müstəqilliyi, sabitliyi və çiçəklənməsi üçün çox önəmlidir. Azərbaycan neft gəlirlərinin kütləvi axınından irəli gələn vacib məsələləri həll etdikcə şəffaf idarəçilik, güclü demokratik institutlar, o cümlədən azad, müstəqil, peşəkar və etik qaydalara əməl edən medianın olması önəmlidir». Səfir hesab edir ki, Azərbaycanın NATO ilə əməkdaşlığı ümumi demokratik irsi bölüşən Qərb ölkələri ilə əlaqə yaratmaq üçün önəmli vasitədir.«NATO-nun məqsədi ümumi azadlıq dəyərlərinə, fərdlərə hörmətə və qanunun aliliyinə əsaslanan siyasi sistemləri müdafiə etməkdir. NATO-nun baş katibi Yapp de Şeffer qeyd etdiyi kimi, inanıram ki, NATO-nun rolu Sovet dövründə bizim əsas dəyərlərimizi -söz azadlığı, sərbəst hərəkət azadlığı, öz hökumətini seçmək azadlığı və din azadlığını qorumaq idi. Bu dəyərlər elə-belə əldə olunmur, onları qazanmaq, inkişaf etdirmək və lazım gəldikdə qorumaq lazımdır». Enn Dersi hesab edir ki, NATO Azərbaycanın demokratik islahatlar siyasətinin inkişafında önəmli rol oynaya bilər. «Azərbaycanın NATO ilə Fərdi Tərfdaşlıq Fəaliyyət Planı iqtisadi, siyasi və müdafiə islahatlarına dair müxtəlif öhdəlikləri əhatə edir. İctimaiyyət üçün açıqlanmamış bu sənəd, Azərbaycanla NATO arasında olan münasibətləri anlamaq üçün vacib bir çərçivədir və mühüm odur ki, Avroatlantik strukturuna inteqrasiya etmək israrında olan Azərbaycan üçün bir zəmindir. Plan həmçinin müdafiə sahəsində aparılan islahatları diqqət mərkəzində saxlayır. Bu islahtlar qismən olaraq daha çox büdcə şəffaflığı və hərbi sahəyə güclənmiş vətəndaş nəzarəti kimi vacib prinsiplərin inkişafına yönəlib». Tədbirdən sonra ABŞ səfiri jurnalistlərin ANS teleradio kanalının yayımının dayandırılamıs ilə bağlı sualına da cavab verib. O ANS teleradio kanalının yayımının dayandırılmasını Azərbaycanda söz azadlığına və KİV-ə qarşı zərbə kimi qiymətləndirib. «ABŞ hökuməti Azərbaycan hakimiyyətini ANS-in yayımının dayandırılması barədə qərara yenidən baxmağa çağırır. Bu qərar texniki çatışmazlıqlarla əlaqələndirilmişdi. Buna görə, biz Azərbaycan hakimiyyətini qeyd edilən məsələni bir daha nəzərdən keçirməyə çağırırıq". O həmçinin Azərbaycanın söz azadlığı və media sahəsində ATƏT, Avropa İttifaqı, Avropa Şurası və NATO qarşısında götürdüyü beynəlxalq öhdəlikləri xatırladıb. «ANS-in bağlanması qeyri hökumət qurumlarının öz fikirlərini ifadə etməsini məhdudlaşdırır»-deyə o qeyd edib.
XS
SM
MD
LG