Accessibility links

ABŞ Dövlət Departamentinin hesabatına Azərbaycanda rəsmi və qeyri-rəsmi münasibət


Dünən dünyada insan hüquqlarının vəziyyətinə dair ABŞ Dövlət Departamentinin illik hesabatı açıqlanıb. Azərbaycana həsr edilən bölmədə deyilir ki, il ərzində polis bölmələrində və həbsxanalarda işgəncələrlə əlaqədar ən azı üç ölüm hadisəsi qeyd alınıb. Avqustun 29-da İqtisadi İnkişaf nazirliyinin sabiq məsul əməkdaşı Əlihüseyn Şalayev ölmüş vəziyyətdə tapılıb. O Fərhad Əliyevin işi üzrə həbs edilmişdi və Ədliyyə nazirliyinin hospitalında saxlanılırdı. Hüquq müdafiəçilərinin verdiyi məlumatlara görə, hər il həbs yerlərində 40-50 nəfər insan işgəncələrə məruz qalır. Lakin indiyə kimi bu cinayətlərdə təqsirli bilinənlərin cəzalandırılması hallarına rast gəlinməyib. nazirinin müavini vəzifəsinə layiq görülüb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ölkədə onlarla siyasi məhbus var. Ötən ilin aprelində "Yeni Fikir" müxalif gənclər hərəkatının fəalları Ruslan Bəşirli, Ramin Tağıyev və Səid Nuri üzərində məhkəmə keçirilib. Onların hamısı hakimiyyətin zorla devrilməsinə cəhd ittihamı ilə məhkum edilib. Məhkəmədə iştirak edən diplomatların fikrincə, proses beynəlxalq standartlara cavab verməyib, bu da məhkumları siyasi məhbus hesab etməyə əsas verib. Həm yerli, həm də beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi tanınmış satirik Sakit Zahidovun məhkəməsi də eyni qaydada keçib. Ölkə hakimiyyəti daima mətbuat azadlığını və hüquqları pozur, bu isə ATƏT də daxil olmaqla, bir çox beynəlxalq təşkilatın bəyanatlarında və sənədlərində öz əksini tapır. Oktyabrın 11-də ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Xaraşti ölkə prezidentini böhtana görə həbs edilən jurnalistləri azad etməyə və reportyorlara fiziki hücum hallarını araşdırmağa çağırıb. Lakin il ərzində bir çox müstəqil və müxalif KİV nümayəndəsi peşəkar fəaliyyətilə əlaqədar hücumlara məruz qalıb və oğurlanıb . Oktyabrın 3-də "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin redaktoru Eynulla Fətullayevin atası oğurlanıb. O redaktor qəzetlərin fəaliyyətini dayandırdığını bildirdikdən sonra azad edilib. Demək olar ki, bütün telekanallar və radiostansiyalar hakimiyyətin nəzarətindədir və birtərəfli mövqe nümayiş etdirirlər. Noyabrın 24-də Milli Teleradio Şurası ANS telekanalının lisenziyasını dayandırıb və bu məsələ indi də açıq qalır. Eyni zamanda, bu qurum özəl teleradiokanallar vasitəsilə Bi-Bi-Si, "Amerikanın Səsi", "Azadlıq" radiosu daxil olmaqla xarici teleradiokompaniyaların retranslyasiyasını qadağan edib. Həmin gündəcə İqtisad məhkəməsi "Azadlıq" və "Bizim Yol" qəzetlərinin, «Turan» informasiya agentliyinin və Xalq Cəbhəsi partiyasının yerləşdikləri binadan dərhal köçürdülmələri haqqında qərar qəbul edib. Bununla yanaşı, binada yerləşən təşkilatlara bir çox əşyaları götürməyə imkan verilməyib, köçürdülmənin özü isə məcburi qaydada həyata keçirilib. Təşkilatların əmlakı şəhərdən kənara, iş üçün yararsız binalara aparılıb. İl ərzində dövlət məmurları böhtan ittihamı ilə müxalifət KİV-lərinə qarşı bir neçə məhkəmə iddiası verib. Bu işlər üzrə "Milli Yol" qəzetinin redaktoru Şahin Ağabəyli və icmalçı Zərdüşt Əlizadə məhkum ediliblər. İctimai televiziyanın fəaliyyəti müstəqil kanalın meyarlarına cavab vermir, kanalın efir vaxtının 79%-i hökumətə, hakim partiyaya həsr edilir və bu kanalı AZTV dövlət telekanalından fərqləndirmək olmur. Bir çox çap KİV-ləri ağır iqtisadi vəziyyət, nəşriyyat xidmətlərinin yüksək olması səbəbindən çətinliklə fəaliyyət göstərir. Bundan əlavə, hakimiyyət iş adamlarına müxalifət KİV-lərində reklam yerləşdirməyi qadağan edib. Hakimiyyət QHT-lərin qeydiyyatına və dini azadlıqlara məhdudiyyətləri saxlayır. Azərbaycanda xaricilər üçün qaçqın statusunu almaq olduqca çətindir və hakimiyyət onların hüquqlarını və tələblərini nəzərə almır. Xarici qaçqınların 90%-i çeçenlərdi. Onlardan təxminən 2500-ü BMT Ali komissarlığı tərəfindən qeydiyyata alınıb, lakin qalanları bu cür qeydiyyata malik deyil və məcburi şəkildə yenidən Çeçenistana göndərilə bilər. Hakimiyyət çeçenlərin təhsil, iş və tibbi müayinə hüquqlarına əhəmiyyət vermir. Azərbaycanda həmişə olduğu kimibu il də ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatına münasibət birmənalı deyil. İqtidar sənədin reallığı əks etdirmədiyini, müxalifət və hüquq müdafiəçiləri isə real olduğunu deyir. Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov hesab edir ki, hesabatdakı faktların böyük hissəsi ötən ilki hesabatda da əksini tapıb və araşdırılıb. Onun sözlərinə görə, ölkədə insan hüquqları sahəsində hökuimət ardıcıl tədbirlər həyata keçirir. Dövlət Departamentinin hesabatında göstərilən problemlər isə artıq aradan qaldırılıb. Tanınmış hüquq müdafəiçisi Səidə Qocamanlı Dövlət Departamentieni hesabatının Azərbaycanla bağlı hissəsinin çox təkmil hazırlandığını və reallığı əks etdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkədə insan hüquqlarının pozulma halları ilbəil çoxalır və ekvivalent olaraq hesabatın səhifələri də artır. Xanım Qocamanlı hökumətin hesabatı tənqidini qəbul etmir. Onun fikrincə, hökumət problemlərin aradan qaldırılması üçün vətəndaş cəmiyyətləri, hüquq-müdafıiəçiləri və ictimaiyyətin nümayəndələri ilə bircə müzakirələrə başlamalıdır. O Dövlət Departamentinin hesabatının daha bir müsbət cəhət kimi İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması barədə faktların yer almasını göstərib. Hüquq müdafiəçisinin fikrincə, bu hesabatın dövlətlərə münasibətdə siyasi məqamlarla deyil, həqiqətən insanların hüquqlarının müdaifəsi məqsədilə tərtib edildiyini bir daha bariz nümayiş etdirir.
XS
SM
MD
LG