Accessibility links

Sülh və Demokratiya institutu Azərbaycanda ədalətsiz hakimlərin adlarını açıqlayıb


Azərbaycanın insan hüquqları problemləri ilə məşğul olan «Sülh və Demokrtaiya» istitutu 2006-cı ildə konstitusiyaya, qanunvericiliyə, eyni zamanda beynəlxalq konvensiya və sazişlərin tələblərinə zidd hökm çıxıarmış hakimlərin adlarını açıqlayıb. İnstitutun direktoru Leyla Yunus bildirib ki, başçılıq etdiyi qurum il ərzində dörd dəfə məhkəmələrdə monitorinqlər keçirib, qərarların hüquqa uyğunluğunu araşdırıb. Monitorinqlər cinayəti və mülki işləri, apellyasiya məhkəmələrini əhatə edib. Xanım Yunus onlarla hakimin qanuna zid qərar qəbul etdiyini əsas gətirərək onların adlarını sadalayıb. İnstitut direktorunun sözlərinə görə, adları elan edilən hakimlərin sədrlik etdiyi məhkəmələrin qərarları ATƏT-in hesabatında da beynəlxalq standartalara uyğun gəlmədiyi bildirilib. Ümumilikdə isə ATƏT «Azərbaycan məhkəmələrinin monitorinqi» layihəsi çərçivəsində 125 məhkəmə prosesini izləyib və bu məhəkəmə proselərində qəbul edilən qərarların heç biri beynəlxalq standartalara uyğun olmayıb. Onun sözlərinə görə, hətta Avropa İnsan Hüquqları məhkəməsi Azərbaycanda hakimlərin işgəncə hallarına göz yumduğunu təsdiq edib. İnstitut direktoru ilin üç ən ədalətsiz hakiminin adını da açıqlayıb və həmin hakimlərin ünvanına poçt vasitəsilə məhbus köynəyinin rəngində olan ağ zolaqlı mantiya göndərib. Xanım Yunus hesab edir ki, qanunu pozan hakimlərə mövcud cinayət məcəlləsinə görə 8 ilədək həbs cəzası verilməlidir. Azərbaycan Hüquqçular Assosasiyasının sədri Ənnağı Hacıyev hesab edir ki, Azərbaycanda məhəkəmə islahatlarının dərinləşdirilməsi çox vacibdir. Ancaq hökumətin buna siyasi iradəsi çatmır. Öz növbəsində ən ədalətsiz hakimlər elan edimiş Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmənin hakimləri Tofiq Paşayev, Azər Orucov və Mənsur İbayev fəaliyyətlərini ədalətli sayır. Mənsur İbayev «Amerikanın səsi» radiosuna Leyla Yunusun həmişə qərəzli olduğunu bildirib. Onun sözlərinə görə, çıxardığı hökmlərin hamısı qüvvədədir.
XS
SM
MD
LG