Accessibility links

İntihar hücumu nəticəsində İraq əsgərləri qətlə yetirilib - 2005-05-29


Bu gün Bağdaddan cənubda İraq ordusunun keşik məntəqəsində maşına yerləşdirilmiş bombanın partladılması nəticəsində doqquz nəfər İraq əsgərinin öldürüldüyü, bir nəfər mülki şəxsin isə yaralandığı bildirilir. Yusifullah şəhərində baş verən bu hücum, İraq hərbi qüvvələrinin yaraqlıları ələ keçirmək üçün Bağdada minlərlərlə polis və əsgər yerləşdirdiyi vaxta təsadüf edir. İraq rəsmilərinin bildirdyinə görə, bu əməliyyat bu gün səhər 40 mindən çox əsgər və polisin şəhərin cənub və şimal hissələrində yoxlama məntəqələri qurduğu vaxt başlamışdır. Eyni zamanda, Birləşmiş Ştatların Birğə Qərərgahlar rəisi vəzifəsindən getməkdə olan general Riçard Mayers bildirib ki, Vaşinqton İslam Veb səhifəsində terrorist Əbu Musab Əl Zərqavinin yaralanması barədə yaydığı xəbərə inanmağa meyllidir.

XS
SM
MD
LG