Accessibility links

Ermənistan-Azərbaycan danışıqlarında əsas mövzu işğal olunmuş rayonlardan qoşunların çıxarılması və Dağlıq Qarabağın statusudur  - 2005-05-27


ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Azərbaycanda səfrədədir. Həmsədrlər Azərbaycan və Ermənistan prezidentinin bu il mayın 15-də Varşavada keçirilən görüşündən sonra bölgəyə gəlib. Bu gün onlar Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçirib. Bu barədə görüşlərdən sonra mətbuat konfransı keçirən Fransalı həmsədr Bernar Fasie məlumat verib. Cənab Fasie prezidentlərin Varşava görüşünü pozitiv adlandırıb. Onun sözlərinə görə, dövlət başçılarının görüşü çox vacib, profesional və pozitiv olub. «Görüşün nəticəsi odur ki, tərəflər başa düşdü ki, münaqişənin nizamnalanmasında səylərini artırmalıdır»-deyə o qeyd edib. Həmsədr bildirib ki, iki dövlət başçısının görüşündən sonra həmsədrlərinin iş qrafiki xeyli intensivləşib. «Azərbaycan prezidentini iş qrafikimizlə bağlı məlumatlandırdıq. İyunun əvvəlində Ermənistan xarici işlər naziri Vardan Oskanyanla görüşəcəyik. Sonra eyni formatda Azərbaycanın xarici işlər naziri ilə görüşümüz olacaq. İyunun ortalarında hər iki ölkə xarici işlər nazirləri ilə birgə görüşümüz keçiriləcək. Bundan sonra, iyulda həmsədərlər yenidən Bakı, Yerevan və Dağlıq Qarabağa səfər edəcək. Bütün bunlar bir daha sübut edir ki, Varşava görüşü irəliyə doğru mühümi bir addımdır və Praqa prosesi davam etdirilir». Cənab Fasie hazırda danışıqların prinsipial mahiyyətə yaxın olduğunu bildirib. Onun sözlərinə görə, artıq kəşifyyat xarakterli danışıqlar arxada qalıb. «Praqa prosesi hələ münaqişənin nizamlanması üzrə sənəd layihəysi üzərində iş deyil. Proses Astanada iki ölkə prezxidenti tərəfindən müəyyən edilib. Bu ilin yanvarından sonra danışıqlar intensivləşib və həmsədrlər danışıqların parametrlərinini müəyyən edib. Parametrlər üzrə isə hələ hər hansmı razılığın əldə edildiyini demək çətindir. Ancaq elə məsələlər var ki, mövqelər arasında yaxınlaşma var»-deyə o qeyd edib. Fransalı həmsədr Amerikanın səsi radiosunun sualının cavabında maraqlı açıqlama verib. Onun sözlərinə görə, hazırda danışıqların əsas mövzusu iki parametr üzərində cəmləşib. «Bu parametlərin biri qoşunların Dağlıq Qarabağın ətrafındakı rayonlardan çıxarılması, ikincisi isə Dağlıq Qarabağın gələcək statusu ilə bağlıdır» .

XS
SM
MD
LG