Accessibility links

"Neft əvəzinə ərzaq" proqramında Rusiya siyasətçilərinin adları çəkilir - 2005-05-16


Birləşmiş Ştatlar Senatı komitəsinin açıqladığı hesabatına əsasən, İraq liderləri BMT-nin neft əvəzinə ərzaq proqramı çərçivəsində milyonlarla dollar dəyərində neft vauçerlərini Rusiya siyasətçilərinə vermişlər. Senatın komitəsinin hesabatında habelə Britaniya parlamentinin qanunvericisi Corc Qallou və Fransanın daxili işlər naziri Şarl Pakuanın da adları çəkilir. Komitənin bildirdiyinə görə, onlar nefti yüksək qiymətə sataraq gəlir əldə ediblər. Səddam Hüseyn rejiminə qarşı tətbiq edilmiş neft əvəzinə ərzaq sanksiyalarından gəlir əldə etdiyi ilə bağlı ittihamlarla qarşılaşan Corc Qallou Senatın komitəsi qarşısına çıxacaq. Fransa daxili işlər naziri Paskua itihamları rədd edərək özünün Amerikanın Fransaya qarşı kampaniyasının hədəfi olduğunu bildirir. Rusiyanın Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski də itihamları rədd edib. Senatın komitəsi bildirir ki, İraq neftindən əldə edilən gəlirlərin 30 faizindən çoxu rejimə dəstəyi təmin etmək məqsədilə Rusiya siyasətçiləri və siyasi partiyalara çatırdı.

XS
SM
MD
LG