Türkiyənin cənubi-şərqi Binqol şəhərində kürd yaraqlılarının qurduğu pusqu zamanı iki türk əsgərinin öldüyü, üç əsgərin yaralandığı xəbər verilir. PKK-ya qarşı hərbi əməliyyatlar zamanı baş vermiş hadisə Avropa İnsan Hüquqları məhkəməsinin həbsxanada olan kürd lideri Abdulla Ocalanın məhkəməsinin ədalətli keçmədiyini bildirirək, təkrar məhkəmə çağırışlarından sonraya təsadüf edir. 1999-cu ildə Abdulla Ocalanın həbsindən sonra azalmış zorakılıqların səviyyəsi PKK-nin sazişdən çıxması ilə artmağa başlamışdır. PKK-nın 1984-cü ildə Türkiyədə üsyançı fəaliyyəti nəticəsində 30 mindən çox adam həlak olmuşdu.