Accessibility links

Senatda təcili fondlar haqda yekdillilə qəbul edilən qanun layihəsi imzalanmaq üçün prezident Buşa təqdim edilib - 2005-05-11


Prezident Buşun İraq və Əfqanıstanda təcili fondlar üçün ayrılmış 82 milyard dollarlıq əlavə maliyyə haqda qanun layihəsinə imza atacağı gözlənilir. Qanun layihəsi dünən Birləşmiş Ştatlar Senatı tərəfindən yekdilliklə qəbul edilmişdir. Konqresdə bununla bağlı səsvermə keçən həftə keçirilmişdir. Bu, ABŞ Konqresinin 2001-ci il sentyabrın 11-i terror hücumlarından sonra qəbul etdiyi beşinci paketdir. Son qanun layihəsi də daxil olmaqla, 2001-ci ildən sonra terrorizmə qarşı qlobal səylər üçün ayrılmış vəsait 300 milyard dollara çatır. Bu vəsaitin böyük hissəsi, təxminən 76 milyard dollar, birbaşa İraq və Əfqanıstanda hərbi əməliyyatlar üçün nəzərdə tutulub. Onun 4,2 ili milyardı isə xarici yadım və beynəlxalq proqramlara sərf olunacaq. Bu maliyyə ilə həm də İraqda Amerika Birləşmiş Ştatlarının səfirliyi üçün böyük bir binanın inşası da nəzrdə tutulur. Demokratlar qanun layihəsi qəbul edilərkən fürsətdən istifadə edərək Buş administrasiyasının İraq siyasətini tənqid etmişlər.

XS
SM
MD
LG