Accessibility links

L.England günahkar olduğunu etiraf etdi - 2005-05-02


ABŞ-ın ehtiyatda olan əsgəri, 7 maddə üzrə Əbu Qreyb skandalında ittiham edilən Lindi England günahkar olduğunu etiraf edib. Sıravi England günahkar olduğunu bu gün Texas ştatının Fort Hood hərbi bazasında təşkil edilən dinləmələr zamanı bildirib. İndi onu 11 il azadlıqdan məhrumedilmə cəsazı gözləyir. Xatırladaq ki, Lindi Englandin çılpaq iraq məhbuslarını xaltada saxladığını göstərən foto-şəkillər beynəlxalq ictimaiyyətin qəzəbi ilə qarşılanmışdı.

XS
SM
MD
LG